G.Ştayner daha çox sprint yarışı istəyir

Haas komandasının rəhbəri Günter Ştayner bildirib ki, sprint yarışlarını dəstəkləyir.

F-1.az xatırladır ki, həftəsonu braziliyada həm sprint, həm də normal yarış olacaq.

Günter Ştayner: “Bu il Avstriyada həm sprint yarışında, həm də əsas yarışda xallar qazandıq. sprint yarışında məsafə daha qısadır və 8 sürücüyə xal verilir. Yoxsa normal yarışdan fərqlənmir. Daha çox sprint yarışının tərəfdarıyam, çünki sıralanam turunun cümə günü olması mübarizəni maraqlı edir.

Ancaq mən istəyərəm ki, sprint yarışı üçün ayrı, əsas yarış üçün isə ayrı sıralanma turu olsun. Əks halda şənbə günü keçirilən sərbəst yürüşlərin heç bir mənası yoxdur”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*