G.Ştayner: “Çətinliklərə baxmayaraq, Yaponiyada daha bir addım irəlilədik”

Haas komandasının rəhbəri Günter Ştayner Yaponiya Qran Prisini xalsız başa vurmalarına baxmayaraq, inkişaf etdiklərini düşünür

F-1.az xatırladır ki, Haas komandası sonuncu dəfə Avstriya yarışında xal qazanmışdı. Yaponiyada xal qazana bilməsələr də, mövsüm ərzində ilk dəfə sıralanma turunda hər iki bolidlə sonuncu sessiyaya qalmışdılar. Yarış Haas üçün uğurlu keçməsə belə, xal almağa çox yaxın olmuşdular, Roman Qrojan yarışı 11-ci yerdə başa vurmuşdu. Günter Ştayner çətin həftəsonu keçirmələrinə baxmayaraq, komandanın inkişaf etdiyinə əmindir…

Günter Ştayner: “Bolidin nəyə qadir olduğunu gördük və bu, bizi cəsarətləndirdi. 7-ci dəfə 11-ci olmaq gözəl hiss deyil, ancaq daha yaxşısını edə biləcəyimizə əminik. Obyektiv olaraq baxsaq, önümüzdə 5 güclü komanda və 10 bolid var. Williams ilə mübarizə apara bildik, ancaq strategiya baxımından bizdən üstün idilər. Hər şey yaxşıya doğru dəyişir. İki bolidlə  son sessiyaya qalmaq, yeni ön qanadın potensialını göstərir. Spa və Montsada keçirilən yarışlarda daha sürətli idik. Yavaş döngələri olan traslar bizə uyğun deyil”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*