F-1.az xatırladır ki, 2021-ci ildən idmanda büdcə limiti tətbiq olunur. 2021-ci ildə bu limit 145 milyon, 2022-ci ildə isə 140 milyon dollara düşüb. Gələn ildən isə 135 milyon dollar olacaq. Belə olan halda böyük komandalarla kiçik komandlar arasında güc fərqi azalır.
Günter Ştayner: “Büdcə limiti gəlməsə, burada olmazdıq. Bu iş getməzdi. Bu, Formula1-in başına gəlmiş ən gözəl şeydir. Bunu tətbiq etmək çox vaxtımızı apardı. Bu uzun müddət əvvəl təklif edilmişdi. Bunu ən çox istəyən Jan Todt və Çeyz Keri idi”.