F-1.az xatırladır ki, Ştayner 2016-cı ildən Haas komandasının rəhbəridir. O, komandanın 2014-cü ildə Ferrari və Dallara ilə ortaqlıq qurmasında köməkçi olmuşdu.
Onun Haas karyerası bir az qarışıqdır. Haas onun idarəçiliyin 2018-ci ildə beşinci olduğu halda, 2021-ci ildə xal belə qazanmadan sonuncu yeri tutmuşdu.
Günter Ştayner: “Haas-da çox xoşbəxtəm. Heç bur yerə getmək fikrim yoxdur. Karyeramı burada bitirmək isyirəm. Buna görə də ayrılmaq barədə düşünməmişəm”.
Ştayner idman beş il qalacağına inanmır: “Heç vaxt çoxillik plan qurmamışam. Uzunmüddətli planım idmandan getməkdir. Artıq çox gənc deyiləm”.
Kevin Maqnussen keçən il Braziliyada həm özünün, həm Haas komandasının ilk poulunu qazanmışdı. Bu, Ştayner rəhbərliyindəki Haas komandasının ən böyük uğurudur.