F-1.az xatırladır ki, Azərbaycan yarışından əvvəl 28 günlük fasilə olduğu üçün əksər komandalar paytaxtımıza yeniliklərlə gələcəklər.
Günter Ştayner: “İnkişaf planımız əvvəldən müəyyən olunub və bu dördhəftəlik fasilə bizə fərq yaratmayacaq. Çünki bolidin inkişafı üzərində işləmirik və istirahət edirik. Bu fasilə dincəlmək üçün yaxşıdır, çünki mövsümün qalanı çətin olacaq. Uşaqlara da dedim ki, dincəlin və heç nə etməyin”.