F-1.az xatırladır ki, Meksika yarışında 14-cü döngədə Alonso və Qrojan yan-yana gəlmiş və fransalı sürücü döngəni kəsməli olmuşdu. Bundan sonra ispaniyalı sürücü radio ilə rəqibindən gileylənmiş və fransalı sürücüyə 5 saniyəlik cəza gəlmişdi.
Günter Ştayner: “Alonso Roman ilə yaşanan insidentdə olduğu kimi həmişə körpə tək ağlayır. Beləliklə, stüardlar onun dediklərini edirlər. Maqnussenə hücum edə bilmədi, çünki bilirdi ki, onu tras xaricinə itələyib keçə bilməyəcək. Buna görə də cəhd də etmədi. Kevin mükəmməl sürücüdür və buna görə də onu transfer etmişik. Sadəcə mübarizə aparmaq istəyir və heç kəsə yerini vermir. Buna görə də hamı ona pis adam kimi baxır, lakin məncə, Maqnussen düzgün edir. O heç kimə yol vermək məcburiyyətində deyil”.