F-1.az xatırladır ki, Neftlix-də yayımlanan Drive to Survive sənədli filmindən sonra sadəcə Formula1-in yox, paddokdakı bəzi insanların populyarlığı artıb. Haas komandasının rəhbəri Günter Ştayner bunlardan biridir.
Günter Ştayner: “Əvvəllər küçədə məni bu qədər saxlamazdılar, amma bundan başqa həyatımda heç nə dəyişməyib. Sözün açığı, yeganə fərq getdiyim hər yerdə insanların məni tanımasıdır.
Belə olmasını gözləməsəm də, oldu. Buna öyrəşməlisiniz. Əgər azarkeşlər bir şeyi sevirlərsə, buni onlara verməlisiniz. Artıq onları uzaqlaşdırmaq daha çətindir, çünki serialda gördükləri şeyi bəyəndikləri üçün yanıma gəlirlər.
Bir yerə gedəndə insanların marağı daha güclü olur. Buna görə də getdiyiniz yeri seçməlisiniz. Məsələn, elə restoranlar var ki, yarış həftəsində ora getmək heç düzgün deyil, çünki rahat otura bilmirsiniz.
Təbii ki, insanlar mənim üz quruluşumdan təsirlənmirlər. Mən nə düşünürəmsə, onu deyirəm və tək məsələ budur. Demirəm ki, özümü saxlaya bilmirəm. Sadəcə nə düşünürəmsə, onu da deyirəm. Buna haqqım var. Söhbəti fırlatmağa məcbur deyiləm. Açıqsözlü olmaq ən yaxşısıdır. Buna uzun illərdir öyrəşmişəm və insanlar sevsə də, sevməsə də, bunu edirəm.
Heç kimin qəlbini qırmaq istəmirəm. Təbii ki, bilirəm ki, bəziləri dediklərimdən narazı qalacaq. Ancaq bu problem deyil”.