F-1.az xatırladır ki, Alonso təqvimdə 21 yarışdan çox olacağı halda, idmandan gedəcəyini demişdi.
Günter Ştayner: “Bir neçə yarışın təqvimə əlavə olunmasına qarşı çıxmaram. Burada yarış sayından çox ölkələr arasındakı məsafə önəmlidir. Yarışlar arasında qitə dəyişdirmək yorucu olur. Bunu yaxşı təşkil etsələr, yarış sayı problem olmaz. Belə olan halda, biz də, azarkeşlər də məmnun qalarıq. 25 yarış çox olsa da, mümkünsüz deyil”.