F-1.az xatırladır ki, Haas komandası 2022-ci ilin sonunda Mik Şumaxerlə yollarını ayırmış və onun əvəzinə Niko Hülkenberqi transfer etmişdi.
Günter Ştayner: “Miki bu il üçün komandada saxlamağı düşündük. Mik 2022-ci ildə çox inkişaf etdi və bunu hamınız gördünüz. Bunu deməyə ehtiyac belə yoxdur. Buna görə də qərar vermək uzun çəkdi. İnsanların düşündüyü kimi yaydan əvvəl verilmiş qərar deyildi. Komanda üçün ən yaxşı qərarı vermək istəyirdik, çünki bəzi yarışlarda yaxşı sürürdü”.