G.Roklen: “RB14 barədə çox şey öyrəndik”

Red Bull komandasının baş yarış mühəndisi Giyom Roklen bildirib ki, qış testlərindən faydalı məlumatlar toplayıblar.

F-1.az xatırladır ki, “qırmızı öküzlər” builki qış testlərində 783 dövrə vurublar.

Giyom Roklen: “Bizim üçün əla gün oldu. Mümkün qədər çox dövrə vurub hər şeyi öyrənməyə çalışdıq. Cümə günü səhər aerodinamik məlumatlar toplamaq üçün dövrələr vurduq. Gün ərzində çoxlu dəyişikliklər edib bolidin reaksiyasını izlədik. Daniel SuperSoft təkərlərlə yaxşı dövrələr vurdu və bolidin tempindən razıyıq. İlk yarışdan əvvəl mükəmməl testlər keçirdik və RB14 haqqında çox şey öyrəndik. Əlimizdəki məlumatları dəyərləndirmək üçün 2 həftəmiz var. Bu müddətdən maksimum faydalanmağa çalışacağıq”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*