G.Berger: “Rosberqin sərxoş olduğunu düşündüm”

Sabiq Formula1 sürücüsü Gerhard Berger sonuncu dünya çempionu Rosberqin istefa qərarını verərkən sərxoş olduğunu zənn edib.

F-1.az xatırladır ki, Rosberq dünya çempionu olduqdan 5 gün sonra karyerasını bitirdiyini açıqlamışdı. Berger yayda Rosberqə Mercedes-lə yeni müqavilə bağlamaqda kömək etmişdi.

Avstriyalı bildirib ki, Rosberqin çıxış etdiyi komandanı düşünəndə, Rosberqi anlamaq çətindir və 31 yaşlı sürücü bu qərarına görə peşman ola bilər: “Əvvəl elə bildim ki, çempionluğu qeyd etdiyi üçün içib və sərxoşdur. Sonra qarışıq hisslər yaşadığını anladım, amma mən onun yerində olsaydım, belə bir qərar verməzdim. Ən yaxşı komanda ilə çox yaxşı müqaviləsi var idi. Belə vəziyyətdə getməyin mənası yoxdur. Qərarına görə peşman olub-olmayacağını görəcəyik”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*