G.Berger: “Rosberqin ən böyük şanssızlığı Həmiltonla eyni komandada olmasıdır”

Sabiq Formula1 pilotunun fikrincə, Niko Rosberq heç də zəif pilot deyil.

F-1.az xatırladır ki, son 6 mövsümü Mercedes-də keçirən Niko 2010-2012-ci illərdə komanda yoldaşı olmuş Formula1-in əfsanəvi pilotu Mixael Şumaxeri məğlub edə bilsə də, son 3 mövsümdə Lyuis Həmiltona uduzub.

Gerhard Berger Rosberq barədə Auto Motor und Sport-a danışıb: “Mən Rosberqi olduqca güclü pilot hesab edirəm. Sadəcə olaraq, onun ən böyük şanssızlığı Lyuis Həmiltonla eyni komandada olmasıdır. O, Həmiltondan əvvəl olduqca güclü pilotlarla komanda yoldaşı olub və demək olar ki, çox vaxt qalib gələn tərəf olub. Hətta Şumaxer üçün də baş ağrısı idi. Başqa bir pilotla komanda yoldaşı olsaydı, indi o, 2 qat dünya çempionu idi.

Mən bilirdim ki, Həmilton Ostində dünya çempionluğunu elan edəcək. Əgər 2016-cı ildə yenidən ön sıraya qayıtsa, təəccüblənmərəm.

Həmilton hər an əsəbləşə biləcək bir insandır, əgər Rosberq onu özündən çıxara bilsə, Həmilton uğursuzluq zolağına düşür. Amma Rosberq belə deyil. O, daha çox problemlərlə üzləşir, amma hər şey qaydasında olduqda hamını təəccübləndirməyi bacarır. Əgər növbəti mövsümün ilk hissəsində yaxşı nəticələr əldə edərsə, çempionluq üçün ən güclü namizəd olar”.

 

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*