F-1.az xatırladır ki, keçən il çempionluğu itirdikdən sonra mövsümü 3 ardıcıl qələbə ilə başa vuran Niko bu mövsümə də qələbə seriyasını davam etdirərək başlamışdı və ilk 4 yarışın hamısında finiş xəttini birinci keçmişdi.
Növbəti yarışlarda ardıcıl pis nəticələr əldə edən alman sürücü çempionatda liderliyi itirmişdi. Lakin yay fasiləsindən sonra yenidən möhtəşəm nəticələrə imza atan Niko hazırda 33 xal fərqlə liderdir.
Gerhard Berger: “Niko Lyuisi psixoloji cəhətdən məğlub edib. Keçən iki ildən çox şey öyrənib. Saf sürətə baxsaq, Lyuis irəlidədir. Amma Niko bu il Lyuisi bir çox trasda məğlub etdi. Sanki onun uğurlarının surətini çıxarır. Bu da Nikonu ondan daha güclü etdi. O, yarışlarda daha asan qələbə qazanır. Demək olar ki, hər yarışda yaxşı sürür. Bu da Lyuisin uğura olan inamını azaldıb. Qələbə qazanmaq üçün bəzi şeyləri dəyişmək məcburiyyətində qaldı, lakin bu dəyişikliklər uğurlu olmadı”.