F-1.az xatırladır ki, son şayiələrə əsasən, Red Bull-un sahibi Diter Mateşiç idmandan ayrılmaq istəyir və Formula1-dən getmək fikrindədir.
Gerhard Berger: “Mateşiçi çox yaxşı tanıyıram və onun Formula1-dən bezdiyi ilə bağlı xəbərlər doğru deyil. Komandanın hazırkı vəziyyətinə görə xoşbəxt deyil. Bu il işlər Red Bull-un istədiyi kimi getmədi və rəqabətədavamlı deyillər. Nə olursa-olsun Red Bull böyük komandadır və heyətlərində Nyui kimi mühəndis var. Sadəcə səbirli olmalıdırlar. Toro Rosso ilə Honda-nın ortaqlığını ən yaxşı formada təhlil edəcəkləri halda, gələcəkdə güclü ola bilərlər. Honda Red Bull üçün vacib şansdır”.