F-1.az xatırladır ki, hollandiyalı sürücü danışığına görə tez-tez tənqid hədəfinə çevrilir. Lekler isə əksinə həmişə daha yetişkin açıqlamalar verərək, azarkeşlər arasında hörmət qazanıb.
Gerhard Berger: “Ümumilikdə fərqli sürücülərdir. Ferstappen daha aqressivdir və onun nə edəcəyini bilmək olmur. Siyasətçi deyil və düşündüyünü yüksək səslə deyir. Sürüş tərzi də eynidir. Lekler isə sakit və balanslı sürücü təəssürarı yaradır. İstedad cəhətdən eyni səviyyədə olsalar da, xarakter cəhətdən fərqlidirlər”.