F-1.az xatırladır ki, almaniyalı sürücü Bakıdakı yarışda Həiltonun təhlükəsilik avtomobilinin arxasında yavaşlanmasına əsəbiləşərək, bolidini britaniyalı sürücünün üstünə sürmüşdü. Bu hərəkətinə görə stüardlar dördqat Dünya Çempionuna 10 saniyəlik dayan və get cəzası vermişdilər.
Gerhard Berger: “Bu cür müzakirələri sevirəm. Formula1-in buna ehtiyacı var. Bakı bizə keçmişi göstərdi. Lyuis və Sebastyanın emosiyalarını gördük. Fettelin hərəkəti təhlükəli deyildi. Onu stüardlar, Həmiltonu isə avtoidman Tanrısı cəzalandırdı. Beləliklə, söhbət bağlandı”.