G.Berger: “Fettel, Rosberq, Həmilton və Rikkardo Formula1-in ən güclü sürücüləridir”

Gerhard Berger Formula1 gündəmindəki bəzi məsələlərə toxunub...

F-1.az Corriere dello Sport nəşrinə istinadən bildirir ki, sabiq Formula1 sürücüsü Gerhard Berger Həmilton, Fettel, Rikkardo və Rosberqi Formula1-in ın yaxşı sürücüləri hesab edir…

Berger Mercedes AMG komandasının hegemoniyası barədə danışıb: “Hibrid texnologiyasının inkişafı onlara kömək edir ki, üstünlüklərini qorusunlar. Rəqiblər üçün fərqi bağlamaq çətin olmayacaq. Həmilton və Rosberq fərqli tərzdə olan sürücülərdir. Lyuis təbii istedada sahibdir. O hissiyatlıdır və nə edəcəyi əvvəldən məlum deyil. Niko isə rasional, praqmatik və intizamlıdır. Ancaq ikisi də çox sürətlidir. Nikonun komanda ilə danışıqları davam edir. Atası Keke mənim dostumdur. Niko çempionata daha yaxşı fokuslansın deyə məndən xahış etdi ki, onun yerinə danışıqlara gedim. Mən də təklifi qəbul etdim”.

Berger Ferrari-ni də dəyərləndirib: “Ferrari-də yaxşı illərim olub. Komanda həmişə mənim qəlbimdə qalacaq. Onların vaxta ehtiyacları var. Keçənilki performansları gözləntiləri artırdı. Çünki gözləniləndən çox güclü idilər. Hamı düşünürdü ki, bu il qələbə üçün mübarizə aparacaqlar, amma fərq daha da çoxaldı.

Komandanın taleyi Arrivabenenin atacağı addımlardan aslıdır. Gələn il Mercedes ilə bərabər şəraitdə mübarizə apara bilərlər. Önümüzdəki 3-4 yarış ərzində bu mümkün deyil. Təpəyə yaxınlaşdıqca dırmanmaq da çətinləşir”.

Berger Sebastyan Fettel barədə də danışıb: “O, Red Bull-da çox işləyirdi. Sebastyan əsl liderdir. Heç vaxt cəsarətini itirməz”.

Berger müasir Formula1-in ən güclü sürücüləri Həmilton, Rosberq, Rikkardo və Fettel olduğunu deyib: “Maks Ferstappenin performansı məni təəccübləndirmədi. Onu kartinq dövründən izləyirəm. O, yarışlar və çempionluqlar qazanacaq”.

, , , , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*