F-1.az xatırladır ki, mövsümün bitməsinə 4 yarış qalmış Fettel Həmiltondan 59 xal az toplasa da, iki sürücü mövsüm ərzindən amansız mübarizə aparıblar.
Gerhard Berger: “Fettel bu il çempion olmasa da, özünü pis hiss etməməlidir. Ferrari əvvəlki illərə nisbətən yaxşı hücum etdi və Mercedes-ə çox yaxınlaşdı. Bu təzyiqi bir an içində qurmaq asan deyildi, amma bunu bacardılar. Bu da onların doğru yöndə getdiklərini göstərir. Düşünürəm ki, bu templərini gələn il də davam etdirə biləcəklər. Buna görə də növbəti dəfə Fettel və Həmilton arasında gərgin mübarizə gözləyirəm”.