F-1.az xatırladır ki, Ferrari 9 ildən sonra ilk dəfə mövsümün 3 yarışından 2-də qalib gəlib və həm mühəndislər, həm də sürücülər çempionatında liderdir.
Gerhard Berger: “Ferrari-nin Mercedes-ə qalib gələcəyinə şübhə ilə yanaşırdım. Fettel faktoru builki çempionatın taleyini həll edə bilər.
Əgər Ferrari bu cür güclü performans göstərməyə davam etsə, Fettel komandada qalacaq. Təbii ki, yarış qazana bilməsəydi, onda üzərində inanılmaz təzyiq olardı. Ancaq hazırda hər şey qaydasındadır. Buna görə də dəyişiklik gözləmirəm”.