F-1.az xatırladır ki, mövsümün ilk iki yarışından sonra Ferstappenlə Həmilton arasında gərgin mübarizə yaşanıb. Hazırda Həmiltonun 44, hollandiyalı sürücünün isə 43 xalı var.
Gerhard Berger: “Maks artıq yetkinləşib və çempionluğa hazırdır. Artıq çempionluq üçün lazımi təcrübəyə və maşına sahibdir. Honda motoru da artıq Mercedes-dən geri qalmır. Ədrian Nyui də qəşəng maşın düzəldib. Hazırda Lyuis çempionatda öndə olsa da, Maks ona çata və yaxşı nəticələr qazana bilər”.