F-1.az xatırladır ki, Ferrari 2007-ci ildən bəri sürücülər çempionatında, 2008-ci ildən isə mühəndislər çempionatında qalib ola bilmir.
Gerhard Berger: “Ferrari-dəki problemi görmək üçün komandanın heyətinə baxmaq lazımdır. Mercedes-də Pəddi Lou, Niki Lauda, Əndi Kouel, Aldo Kosta kimi adamlar işləyir. Red Bull-da isə Kristian Horner, Ədrian Nyui kimi adamlar var. Ferrari bu komandalara baxanda geri qalır. Sebastyan italyanların heyətinə transfer olunanda bilirdi ki, komanda onun ətrafında toplaşacaq. Bu, Mixaelin dövründə də belə idi. Amma bir fərq var idi – Mixaelin vaxtında komandadakı işçilər idmanın ən güclüləri idi. Amma illər keçdikcə Ferrari-də çox şey dəyişdi və bunlar doğru yöndə olmadı”.