F-1.az xatırladır ki, ispaniyalı sürücü iki dəfə çempion olmasına baxmayaraq, Formula1 tarixinin ən yaxşı pilotlarından biri sayılır. Alonsonun 41 yaşı olsa da, hələ də yaxşı yarışır və insanları təəccübləndirir.
Gerhard Berger: “Fernando mükəmməl sürücüdür. Monrealda ən sürətli iki maşından birinə sahib olmasa da, ilk cərgəni götürdü və bu inanılmazdır. Fernando bu istedadı ilə ən az beş dəfə Dünya Çempionu titulunu qazanmalı idi. Ancaq McLaren-dən sonra bəzi qapılar ona bağlandı. Mercedes-də yarışsaydı, indi 5 dəfə çempion olmuşdu.
Ferrari ya da Red bull-da yarışsaydı, 100 faiz çempion olardı”.