G.Berger: Ailəmlə vaxt keçirmək istəyirəm

Sabiq Formula1 sürücüsü Gerhard Berger bildirib ki, artıq ailəsi ilə vaxt keçirmək istəyir.

F-1.az xatırladır ki, avstriyalı əfsanəvi sürücü DTM-in rəhbəri olsa da, sonradan ADAC-ın seriyanı alması ilə işsiz qalmışdı.

Gerhard Berger: “Son illərdə yaxın dostlarıməı itirdim: Mansur Ojjeh, Niki Lauda və Didi Mateşiç…

Onları itirəndən sonra yenidən düşündüm. Artıq işləyib pul qazanmaq istəmirəm. Bundan başqa koronavirusa yoluxdurm. Bu da məni düşünməyə vadar etdi. Qərar verdim ki, həyatımı dəyişdirim. Uşaqlarımın da bunda rolu var. Altı yaşlı oğlumu kartinq yarışlarına, doqquz yaşlı qızımı isə ata minməyə aparmaq istəyirəm. Onlarla çox vaxt keçirmək istəyirəm.

Formula1-dən təkliflər aldım və hamısı maraqlı idi, amma planımda elə işlər yoxdur. Audi-ni düşündüm, amma qəbul etsəm, ailəmə az vaxt ayıracaqdım”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*