F-1.az xatırladır ki, komandanın niderlandlı sürücü bir aydan çox əvvəl yeni mövsümün ilk mərhələsində Mexiko şəhərində sol əlindən ciddi zədə alıb. Biraylıq müalicə başa çatsa, sürücünün FİA-nın həkimləri ilə birlikdə reabilitasiya prosesini davam etdirməsi qərara alınıb.
“Bizim heyətimizlə bağlı ən son xəbərlər: komanda və FİA-nın həkimi ilə birlikdə Robin Fryayns əlinə bir az daha dinclik vermək qərarına gəlib, ona görə də Keyptaunda starta çıxmayacaq, – bu cür məlumat ABT Cupra-nın sosial şəbəkədə səhifələrində dərc olunub. – Robini yenə də Kelvin van der Linde əvəz edəcək, qeyd edək ki, bu, onun ev trasıdır”.
Beləliklə, əslən Yohannesburqdan olan 26 yaşlı Kevin ardıcıl 4-cü yarışda Robini əvəz edəcək: Formula E tarixində ilk dəfə Cənubi Afrikada yarış fevralın 25-də baş tutacaq.
Elektrikli avtomobillər üzrə dünya çempionatının əvvəlki üç yarışında van der Linde yaxşı çıxış etməyib: Səudiyyə Ərəbistanında o, 16 və 18-ci yerləri tutub, Hindistanda isə finişə çata bilməyib.