F-1.az xəbər verir ki, Skuderiyanın rəhbəri Frederik Vassyör maşının kifayət qədər sürətə malik olmadığını etiraf edib.
Frederik Vassyör: “Nəticəni yaxşı adlandırmaq olmaz. İlk hissədə qırmızı və sarı təkərlərdə tempimiz var idi, lakin ağ təkərlərdə problemlər başladı – sürət yox idi.Aşkar görünürdü ki, tempimiz rəqiblərin tempinə uyğun gəlmirdi.
İşimdə ən çətin şey Ciddədəki kimi yarışdan sonra nə etdiyimizi, nəyi etmədiyimizi başa düşməkdir. Həftəsonunun müsbət nəticələrini görürük – etibarlılığı artırdıq – hər iki maşın finişə çatdı sıralanma tempi xeyli yaxşılaşıb – vahid dövrədə biz Mercedes və Aston Martin kimi sürətliyik. Yarışa gəlincə, onun taleyini ikinci seqment həll edirdi və bizim bu hissədə sürətimiz yox idi.
Biz təkərlərlə bir qədər mühafizəkar davrandıq, lakin bu, saniyənin onda bir və ya iki hissəsinə başa gəldi, bu, yarışda yaşadığımız belə bir geriləməni izah etmir. Komanda başa düşür ki, maşının sürəti yoxdur – bu çatışmazlığın təkərlərə qənaət etməyə çalışmaqla heç bir əlaqəsi yoxdur”.