Frederik Vassyör: Biz ilk gündən hazır olmalıyıq

Ferrari-nin yeni rəhbəri Frederik Vassyör bildirib ki, komanda artıq səbirsizliklə fevralın 14-nə planlaşdırılan yeni maşının təqdimatını gözləyir.

F-1.az xəbər verir ki, fransalı mütəxəssis işçilərinin qarşısına ilk gündən döyüşə hazır olmaq vəzifəsi qoyub.

Frederik Vassyör: “Komanda çox müsbət atmosfer, əhvali-ruhiyyə hökm sürür. Hər kəs yüksək diqqət mərkəzindədir və tam fədakarlıqla işləyir.

Hər yeni mövsümün əvvəlində eyni vəziyyət təkrarlanır – biz hamımız yeni maşının təqdimatını və ilk testləri səbirsizliklə gözləyirik. Biz bilirik ki, təqdimatla ilk testlər arasındakı günlər bütün mövsüm üçün həlledici ola bilər, ona görə də ilk gündən mübarizəyə hazır olmalıyıq.

Əsas odur ki, müsbətə köklənmişik və hamı enerji ilə doludur. Komanda maksimum toparlanıb”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*