F-1.az xəbər verir ki, bütün bu illər ərzində 67 yaşlı avstriyalı həmişə Fayenza komandasının sükanı arxasında olsa da, tezliklə təqaüdə çıxmağa hazırlaşır.
Frants Tost: “Karyeramı nə vaxt bitirəcəyimi bilmirəm, amma 100% əminliklə deyə bilərəm ki, 70 yaşımda komanda körpüsündə oturmayacağam. Mən o qədər qocalmadan gedəcəyəm.
Avstriyaya qayıdacağam və nəhayət, yenidən xizək sürə biləcəyəm. Üç ildir xizək sürmürəm, sadəcə olaraq buna vaxtım olmadığı üçün. Xizək sürmək üçün ən yaxşı vaxt hansıdır? Fevral və mart aylarında, lakin bu aylar ərzində mən işdəyəm – maşın hazırlayıram, təqdimat keçirirəm, sınaqdan keçirirəm, sonra Bəhreyndə, Ciddədə və Melburnda yarışıram.
Formula1-dən ayrıldıqdan sonra görəcəyim bir şey tapacağam. Sözsüz ki, darıxmayacağam”.