F-1.az bildirir ki, Xorxe Lorenso həm birinci, həm də ikinci cəhdlərində hamıdan bir baş üstün olub. Sessiyanın son saniyələrində Yamaha komandasının sürücüsü 92 saniyədən sürətli olan yeganə sürücü olub. Amma heç bu nəticə olmasaydı belə, Lorenso birinci sətirdə qalacaqdı – Xorxenin rəqibləri bu dəfə ondan çox geri qalıblar.
İkinci nəticəni Honda-nın sürücüsü Mark Markes göstərib və Lorensoya 0.4 saniyədən çox uduzub. İlk cəhdində ikiqat dünya çempionu sürətli olmayıb və yalnız 5-ci yeri tuta bilib. Amma ikinci cəhdində sürətini artırıb və 3 mövqe irəliləyib.
İlk üçlüyü Ducati-nin sürücüsü Andrea Yannone tamamlayıb. İlk cəhdindən sonra italiyalı sürücü ikinci olsa da, sessiyanın sonunda Markes onu üstələyə bilib. Maraqlıdır ki, Yannone boksdan çıxarkən yıxılıb, amma qaraja qayıdaraq ehtiyat mostosikletlə trasa çıxıb, düzdür, nəticəsini yaxşılaşdıra bilməyib.
Yeddiqat dünya çempionu Valentino Rossi (Yamaha) ilk cəhdindən sonra 3-cü olsa da, yekunda 7-ci yerlə kifayətlənməli olub. Markesin komanda yoldaşı Dani Pedrosa isə yıxıldığı üçün yalnız 11-ci nəticə göstərə bilib…
Yer | Sürücü | Komanda | Motosiklet | Zaman |
1 | Xorxe Lorenso | Movistar Yamaha MotoGP | Yamaha YZR-M1 | 1:31.975 |
2 | Mark Markes | Repsol Honda Team | Honda RC213V | 1:32.416 |
3 | Andrea Yannone | Ducati Team | Ducati Desmosedici GP16 | 1:32.469 |
4 | Pol Esparqaro | Monster Yamaha Tech 3 | Yamaha YZR-M1 | 1:32.502 |
5 | Andrea Dovitsiozo | Ducati Team | Ducati Desmosedici GP16 | 1:32.587 |
6 | Brədli Smit | Monster Yamaha Tech 3 | Yamaha YZR-M1 | 1:32.820 |
7 | Valentino Rossi | Movistar Yamaha MotoGP | Yamaha YZR-M1 | 1:32.829 |
8 | Maverik Vinyales | Team Suzuki ECSTAR | Suzuki GSX-RR | 1:32.933 |
9 | Kel Kratçlou | LCR Honda | Honda RC213V | 1:32.963 |
10 | Danilo Peruççi | Octo Pramac Yakhnich | Ducati Desmosedici GP15 | 1:33.102 |
11 | Dani Pedrosa | Repsol Honda Team | Honda RC213V | 1:33.109 |
12 | Aleş Esparqaro | Team Suzuki ECSTAR | Suzuki GSX-RR | 1:33.115 |
13 | Hektor Barbera | Avintia Racing | Ducati Desmosedici GP14 | 1:33.291 |
14 | Skott Reddinq | Octo Pramac Yakhnich | Ducati Desmosedici GP15 | 1:33.310 |
15 | Yonni Hernandes | Aspar Team MotoGP | Ducati Desmosedici GP14 | 1:33.360 |
16 | Yucin Laverti | Aspar Team MotoGP | Ducati Desmosedici GP14 | 1:33.452 |
17 | Ştefan Bradl | Aprilia Racing Team Gresini | Aprilia RS-GP | 1:34.003 |
18 | Cek Miller | Estrella Galicia 0.0 Marc VDS | Honda RC213V | 1:34.049 |
19 | Alvaro Bautista | Aprilia Racing Team Gresini | Aprilia RS-GP | 1:34.333 |
20 | Tito Rabat | Estrella Galicia 0.0 Marc VDS | Honda RC213V | 1:34.348 |
21 | Loris Baz | Avintia Racing | Ducati Desmosedici GP14 | 1:34.455 |