F-1.az bildirir ki, Braziliya və Almaniya QP-ləri Formula1 təqvimində qalmaq uğrunda mübarizə apardıqları halda, Fransa 10 illik fasilədən sonra Formula1-ə qayıtmaq qərarı alıb.
Europe 1 agentliyinin xəbərinə görə, milli mərhələ bəzi yerli idarəçilərin köməyi ilə yenidən təqvimə qayıdacaq. Yeni müqavilənin 2018-2022-ci illəri əhatə etməsi gözlənilir. Bu xəbər barədə rəsmi açıqlama verilməsə də, gələn həftə bir mətbuat konfransı keçiriləcək.
Konfrans Parıs Avtomobil Klubunun (PACA) bazasında keçiriləcək və iclasda PACA-nın bölgə başçısı Kristian Estrozi və FFSA-nın prezidenti Nikolya Deşa iştirak edəcəklər.
Xatırladaq ki, Fransa QP son dəfə 2008-ci ildə Manyi Kur trasında keçirilmişdi. Pol Rikar trası isə 1971-1990-cı illərdə 14 dəfə Fransa QP-ni qəbul etmişdi…