Sabah Barselona testlərinin başlamasına baxmayaraq, Force İndia komandası hələ də Pol di Restaya yoldaşlıq edəcək sürücünün adını açıqlamayıb. Avropa mətbuatı iki namizədin – Adrian Sutil və Jül Byankinin şanslarını təhlil edir: son saatlarda fransalı sürücünün şansları sıfra düşüb.
Byankinin menecmentinə yaxın olan mənbəyə istinadən Fransanın qəzetləri bu gün bildiriblər ki, Jül bu il Force İndia-da çıxış etməyəcək. Komanda hələ də ikinci sürücünün adını bəyan etməsə də, Byankiyə imtina edib…