Fransa Ali Məhkəməsi Ferrarinin FİA-ya qarşı qaldırdığı iddia barədə qərarını dərc edib. İddia təmin olunmayıb, məhkəmə Ümumdünya Şurasının gələn ildən komandaların büdcələrinin məhdudlaşdırılması barədə qərarın dayandırılmasına səbəb tapmayıb. Ferrari komandası 2005-ci ildə FİA ilə bağladığı müqavilədəki səs hüququndan istifadə etməyə çalışıb, dünən komandanın və FİA-nın hüquqşünasları öz arqumentlərini söyləyiblər, bu gün bir qədər əvvəl isə rəsmi qərar elan olunub.
Beləliklə, çempionatda iştirak etmək üçün ərizələrin verilməsi əvvəldən nəzərdə tutulduğu kimi mayın 22-dən başlayacaq…