Fransa-2022: Üçüncü stüard – Enrike Bernoldi

Hər il olduğu kimi, FİA bu dəfə də Qran Prinin stüardları cərgəsinə keçmişin təcrübəli sürücülərini cəlb edir. Pol Rikarda stüardlara kömək etmək üçün FİA italiyalı sürücü Enrike Bernoldini dəvət edib.

Bernoldi Formula1-də 2001 və 2002-ci illərdə Arrows komandasının tərkibində çıxış edib. 28 yarışda start alan braziliyalı pilotun ən yaxşı nəticəsi ilk mövsümündə Almaniya Qran Prisində əldə etdiyi səkkizincilik olub. Daha sonra BAR komandasında test pilotu olan Enrike o qədər də uzun sayılmayan sürücülük karyerasında Formula3000, İndyCar, FIA GT World Championship, WEC də daxil olmaqla, bir çox seriyada iştirak edib.

F-1.az federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, Bernoldi ilə birlikdə həftəsonunun mübahisəli insidentlərini Almaniyanın DMSB assosiasiyasının üzvü, DTM-in daimi stüardı Gerd Ennzer və Formula 1 stüardı, Avstraliya Ralli Komissiyasının üzvü Metyu Selli araşdıracaq.

Enrike bu il artıq iki dəfə – Səudiyyə Ərəbistanı və Avstraliyadakı yarışlara təyinat alıb.

Onunla yanaşı, bu il üçüncü stüard qismində Bəhreyn və Monakoda Derek Uorvik, İmola və Bakıda Mika Salo, Mayami və Böyük Britaniyada Dənni Sallivan, İspaniya və Avstriyada Vitantonio Liutsi, Kanadada isə Emanuele Pirro iştirak edib.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*