F-1.az bildirir ki, artıq ilk dəqiqələrdə trasın istiliyi +50 dərəcəni keçib və getdikcə artıb. Həm, sürücülər, həm maşınlar, həm də bütün tribunaları dolduran tamaşaçılar üçün belə hava çox çətindir.
Red Bull adətən şənbə günü məşqlərinin ilk 10 dəqiqəsini boksda keçirir, lakin bu dəfə belə olmayıb – hər iki sürücü ilk dəqiqələrdən Medium təkərlərlə trasa çıxıblar. Lekler sərt təkərlərlə işləyib. Mercedes isə iki fərqli arxa qanaddan istifadə edib – Həmilton daha çox asfaltayatma qüvvəsi verən, Rassell isə düzlüklərə sazlanmış arxa qanadla məşq edib.
Sessiya sakit keçib. Lekler 12-ci döngədə yerində fırlanıb, Bottas 8-ci döngədə trasdan çıxıb, Tsunoda da Lətifi ilə toqquşmadan yayınmaq üçün kənara çıxmalı olub. Şumaxer boksda çox vaxt itirib. Fettel isə altlığı zədələdiyi üçün məşqi erkən başa vurmalı olub.
Maks Ferstappen həftəsonunun hələ ki, ən sürətli nəticəsini əldə edib – 1:32.272. Bizi gərgin sıralanma turu gözləyir…
Yer | N | Sürücü | Komanda | Zaman | Fərq | Dövrə |
1 | 1 | Maks Ferstappen | Red Bull | 1:32.272 | – | 22 |
2 | 55 | Karlos Sayns | Ferrari | 1:32.626 | + 0:00.354 | 13 |
3 | 16 | Şarl Lekler | Ferrari | 1:32.909 | + 0:00.637 | 19 |
4 | 44 | Lyuis Həmilton | Mercedes | 1:33.255 | + 0:00.983 | 21 |
5 | 11 | Serxio Peres | Red Bull | 1:33.293 | + 0:01.021 | 24 |
6 | 63 | Corc Rassell | Mercedes | 1:33.376 | + 0:01.104 | 17 |
7 | 14 | Fernando Alonso | Alpine | 1:33.505 | + 0:01.233 | 17 |
8 | 23 | Aleksander Elbon | Williams | 1:33.558 | + 0:01.286 | 18 |
9 | 4 | Lando Norris | McLaren | 1:33.669 | + 0:01.397 | 15 |
10 | 22 | Yuki Tsunoda | AlphaTauri | 1:33.751 | + 0:01.479 | 18 |
11 | 3 | Daniel Rikkardo | McLaren | 1:33.788 | + 0:01.516 | 16 |
12 | 6 | Nikolas Latifi | Williams | 1:33.841 | + 0:01.569 | 15 |
13 | 10 | Pyer Qasli | AlphaTauri | 1:33.869 | + 0:01.597 | 17 |
14 | 77 | Valtteri Bottas | Alfa Romeo | 1:33.872 | + 0:01.600 | 19 |
15 | 23 | Quanyu Çjou | Alfa Romeo | 1:33.911 | + 0:01.639 | 18 |
16 | 20 | Kevin Maqnussen | Haas | 1:34.031 | + 0:01.759 | 22 |
17 | 31 | Esteban Okon | Alpine | 1:34.122 | + 0:01.850 | 17 |
18 | 18 | Ləns Stroll | Aston Martin | 1:34.177 | + 0:01.905 | 19 |
19 | 47 | Mik Şumaxer | Haas | 1:34.222 | + 0:01.950 | 11 |
20 | 5 | Sebastyan Fettel | Aston Martin | 1:34.536 | + 0:02.264 | 11 |