Fransa-2022: Sıralanma turu

Pol Rikar ötmələrə imkan verən trasdır, lakin çox yaxşı aerodinamika və güc lazımdır. Buradakı son 3 yarışda pouldan başlayan sürücü qalib gəlib.

F-1.az xatırladır ki, dünənki sərbəst yürüşlərdə əvvəlcə Şarl Lekler, sonra isə Karlos Sayns hamıdan sürətli olub. Bu gün isə Maks Ferstappen protokollara başçılıq edib.

Pirelli bura orta üçlüyü – C2, C3 və C4tərkiblərini gətirib. Hava həddən artıq isti olub, asfaltın temperaturu rekord göstəricidən bir neçə dərəcə fərqlənib.

Karlos Sayns və Kevin Maqnussen yeni güc qurğusuna keçdikləri üçün yarışa son cərgədən başlayacaqlar.

İlk sessiyada hamı Soft təkərlərlə trasa çıxıb və ideal dövrə vurmaq üçün boşluq axtarıb. Lekler ilk cəhdində 1:31.727-lik nəticə göstərib. Maks ona cüzi uduzub. Elbon yerində fırlanıb və boksa gedib. Şumaxerin sürətli dövrəsi trasdan çıxdığı üçün ləğv edilib. Leklerin nəticəsi ən yaxşı olaraq qalıb. Latifi, Şumaxer, Çjou, Stroll və Qasli üçün sıralanma turu başa çatıb.

İkinci Sessiyada trasda sıxlıq azalıb, demək olar ki, bütün sürücülər işlənmiş Soft təkərləri seçiblər. Saynz yeni təkər və yen motorun üstülnüyündən istifadə edərək ən yaxşı nəticəni 0.9 saniyə üstələyərək birinci olub – 1:31.081. O və Ferstappen ikinci cəhdindən imtina edib. Lekler ikinci yerə qalxıb. Elbon, Ferstappen, Bottas, Okon və Rikkardo təsnifat mərhələsi ilə vidalaşıb.

Son sessiyada Maqnussen mübarizəyə qoşulmayıb. Şarl 1:31.209-luq dövrə vurub, Maks ona az fərqlə uduzub. Monakolu sürücü düzlükdə komanda yoldaşının hava boşluğundan istifadə edib. Red Bull bu addımı atmasa da, Sayns ikinci cəhddə də komanda yoldaşına eyni köməyi edib. Nəticə fantastik alınıb – 1:30.872. Ferstappen nəticəsini yaxşılaşdırsa da, rəqibinə çata bilməyib.

Şarl Lekler mövsümdə 7-ci, karyerasında 16-cı poulunu əldə edib. Sabahkı yarışa onun yanından Maks Ferstappen başlayacaq. İkinci cərgə Serxio Peres və Lyuis Həmiltonun, üçüncü cərgə isə Lando Norris və Corc Rassellindir.

Yer N Sürücü Komanda 1-ci sessiya 2-ci sessiya 3-cü sessiya
Yer Zaman Dövrə Yer Zaman Dövrə Zaman Dövrə
1 16 Şarl Lekler Ferrari 1 1:31.727 5 2 1:31.216 6 1:30.872 6
2 1 Maks Ferstappen Red Bull 2 1:31.891 5 3 1:31.990 3 1:31.176 6
3 11 Serxio Peres Red Bull 4 1:32.354 8 4 1:32.120 6 1:31.335 6
4 44 Lyuis Həmilton Mercedes 9 1:33.041 5 5 1:32.274 8 1:31.765 6
5 4 Lando Norris McLaren 5 1:32.672 3 9 1:32.777 5 1:32.032 6
6 63 Corc Rassell Mercedes 10 1:33.109 6 7 1:32.633 8 1:32.131 6
7 14 Fernando Alonso Alpine 7 1:32.819 5 6 1:32.631 6 1:32.552 6
8 22 Yuki Tsunoda AlphaTauri 13 1:33.394 8 10 1:32.836 6 1:32.780 6
9 55 Karlos Sayns Ferrari 3 1:32.297 3 1 1:31.081 3 4
10 20 Kevin Maqnussen Haas 6 1:32.756 3 8 1:32.649 6 0
11 3 Daniel Rikkardo McLaren 14 1:33.404 6 11 1:32.922 6
12 31 Esteban Okon Alpine 12 1:33.346 6 12 1:33.048 6
13 77 Valtteri Bottas Alfa Romeo 8 1:33.034 7 13 1:33.052 6
14 5 Sebastyan Fettel Aston Martin 11 1:33.285 9 14 1:33.276 6
15 23 Aleksander Elbon Williams 15 1:33.423 5 15 1:33.307 6
16 10 Pyer Qasli AlphaTauri 16 1:33.439 7
17 18 Ləns Stroll Aston Martin 17 1:33.439 9
18 24 Quanyu Çjou Alfa Romeo 18 1:33.674 8
19 47 Mik Şumaxer Haas 19 1:33.701 9
20 6 Nikolas Latifi Williams 20 1:33.794 6
, , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*