F-1.az bildirir ki, Alfa Romeo-da ardıcıl ikinci həftəsonu Robert Kubitsa ilk məşqlərdə Valtteri Bottası əvəzləyib. Qalan komandalar isə əsas sürücüləri ilə işləyiblər. Red Bull komandası Peresin maşınına müxtəlif yeniliklər yerləşdirib. Norris də aerodinamik sensorlarla trasa çıxıb. Peres allergiyadan şikayətlənib, bir neçə dəfə asqırıb və pitə qayıdıb.
Haas ciddi yeniliklərlə buraya gəlib, lakin onları yalnız Maqnussenin maşınına yerləşdirib. Sessiya sakit keçib. İlk dəqiqələrdə Alonso üçüncü döngənin çıxışında yavaşlayan Strolla toqquşmadan son anda qurtulub – ispan sürücü bunun üçün trasdan çıxmalı olub. Həmilton, Alonso və Tsunoda təhlükəsizlik zonalarına çıxıblar.
Protokollara 1:18.750-lik nəticə ilə Karlos Sayns başçılıq edib. Məşqlər axşam davam edəcək.
Yer | N | Sürücü | Komanda | Zaman | Fərq | Dövrə |
1 | 55 | Karlos Sayns | Ferrari | 1:18.750 | – | 25 |
2 | 1 | Maks Fertappen | Red Bull | 1:18.880 | + 0:00.130 | 23 |
3 | 16 | Şarl Lekler | Ferrari | 1:19.039 | + 0:00.289 | 26 |
4 | 4 | Lando Norris | McLaren | 1:19.299 | + 0:00.549 | 21 |
5 | 63 | Corc Rassell | Mercedes | 1:19.606 | + 0:00.856 | 27 |
6 | 11 | Serxio Peres | Red Bull | 1:19.622 | + 0:00.872 | 24 |
7 | 44 | Lyuis Həmilton | Mercedes | 1:19.710 | + 0:00.960 | 25 |
8 | 3 | Daniel Rikkardo | McLaren | 1:19.841 | + 0:01.091 | 27 |
9 | 31 | Esteban Okon | Alpine | 1:20.348 | + 0:01.598 | 30 |
10 | 14 | Fernando Alonso | Alpine | 1:20.377 | + 0:01.627 | 26 |
11 | 5 | Sebastyan Fettel | Aston Martin | 1:20.383 | + 0:01.633 | 25 |
12 | 18 | Ləns Stroll | Aston Martin | 1:20.414 | + 0:01.664 | 25 |
13 | 10 | Pyer Qasli | AlphaTauri | 1:20.456 | + 0:01.706 | 28 |
14 | 22 | Yuki Tsunoda | AlphaTauri | 1:20.695 | + 0:01.945 | 27 |
15 | 24 | Quanyu Çjou | Alfa Romeo | 1:20.810 | + 0:02.060 | 22 |
16 | 23 | Aleksander Elbon | Williams | 1:20.834 | + 0:02.084 | 27 |
17 | 20 | Kevin Maqnussen | Haas | 1:20.921 | + 0:02.171 | 23 |
18 | 47 | Mik Şumaxer | Haas | 1:21.027 | + 0:02.277 | 25 |
19 | 88 | Robert Kubitsa | Alfa Romeo | 1:21.179 | + 0:02.429 | 19 |
20 | 6 | Nikolas Latifi | Williams | 1:21.413 | + 0:02.663 | 27 |