F-1.az bildirir ki, ilk sessiyada iki komandada əvəzetmə olub – Nik de Vriz yeddiqat dünya çempionu Lyuis Həmiltonun əvəzinə Mercedes-in sükanı arxasına keçib, Alfa Romeo-da isə Valtteri Bottasın maşını Robert Kubitsaya tapşırılıb. Yenə də, Haas istisna olmaqla, bütün komandalar yeniliklər gətiriblər və ilk məşqləri onları yoxlamağa həsr ediblər.
McLaren-də yeni parçalar yalnız Rikkardonun maşınına qoyulub, lakin avstraliyalı sürücü yekunda komanda yoldaşından zəif nəticə göstərib.Kubitsa maşındakı problemlərə görə boksa qayıtmalı olub, 10 dəqiqə sonra isə yenidən trasa çıxıb. Geniş təhlükəsizlik zolaqları sürücülərin köməyinə gəlib. Peres üçüncü döngənin çıxışında porebrikə hücumdan sonra yerində fırlanıb, Rikkardo isə 12-ci döngədə trasdan çıxıb. Fettel də ilk döngədə səhvə yol verib. Vizordan çıxan plyonka Peresin maşınının arxa asılqanına ilişib və meksikalı sürücü məcburi pit yoluna yönəlib.
Protokollara Şarl Lekler başçılıq edib – 1:33.930. Məşqlər axşam davam edəcək…
Yer | N | Sürücü | Komanda | Zaman | Fərq | Dövrə |
1 | 16 | Şarl Lekler | Ferrari | 1:33.930 | – | 23 |
2 | 1 | Maks Ferstappen | Red Bull | 1:34.021 | + 0:00.091 | 18 |
3 | 55 | Karlos Sayns | Ferrari | 1:34.268 | + 0:00.338 | 21 |
4 | 63 | Corc Rassell | Mercedes | 1:34.881 | + 0:00.951 | 25 |
5 | 10 | Pyer Qasli | AlphaTauri | 1:34.979 | + 0:01.049 | 21 |
6 | 11 | Serxio Peres | Red Bull | 1:35.174 | + 0:01.244 | 21 |
7 | 4 | Lando Norris | McLaren | 1:35.232 | + 0:01.302 | 21 |
8 | 23 | Aleksander Elbon | Williams | 1:35.414 | + 0:01.484 | 24 |
9 | 19 | Nik de Vriz | Mercedes | 1:35.426 | + 0:01.496 | 23 |
10 | 3 | Daniel Rikkardo | McLaren | 1:35.660 | + 0:01.730 | 21 |
11 | 24 | Quanyu Çjou | Alfa Romeo | 1:35.676 | + 0:01.746 | 20 |
12 | 18 | Ləns Stroll | Aston Martin | 1:35.810 | + 0:01.880 | 18 |
13 | 31 | Esteban Okon | Alpine | 1:35.828 | + 0:01.898 | 20 |
14 | 5 | Sebastyan Fettel | Aston Martin | 1:35.851 | + 0:01.921 | 24 |
15 | 14 | Fernando Alonso | Alpine | 1:35.875 | + 0:01.945 | 21 |
16 | 47 | Mik Şumaxer | Haas | 1:36.022 | + 0:02.092 | 19 |
17 | 20 | Kevin Maqnussen | Haas | 1:36.104 | + 0:02.174 | 22 |
18 | 22 | Yuki Tsunoda | AlphaTauri | 1:36.127 | + 0:02.197 | 26 |
19 | 88 | Robert Kubitsa | Alfa Romeo | 1:36.332 | + 0:02.402 | 19 |
20 | 6 | Nikolas Latifi | Williams | 1:37.043 | + 0:03.113 | 23 |