F-1.az xatırladır ki, cümə axşamı baş tutan məşqlərdə Valtteri Bottas və Maks Ferstappen lider olubdular. Bugünkü sərbəst yürüşlərdə isə Maks bir daha hamıdan fərqlənib.
Pirelli bura orta üçlüyü – C2, C3 və C4 tərkibləri gətirib. Medium və Soft təkərlər arasında fərq az olub.
İlk Sessiyada bütün sürücülər Soft təkərlərlə mübarizəyə başlayıblar. Sürücülər yenicə sürətli dövrələrinə başlayarkən qırmızı bayraqlar dalğalandırılıb – Tsunoda birinci döngədə yerində fırlanıb və bariyerlərlə toqquşub. Fasilə 10 dəqiqə davam edib. Maks ilk cəhdində sürətli olub – 1:31.001. Strollun nəticəsi trasdan tam çıxdığı üçün ləğv edilib. Sona 22 saniyə qalmış daha bir qırmızı bayraq mübarizəni yarımçıq qoyub. Bu dəfə isə səbəb Şumaxerin altıncı döngədəki qəzası olub. Tsunoda, Stroll, Mazepin, Rəykkönen və Latifi üçün mübarizə çox erkən başa çatıb.
İkinci Sessiyada Rasseldən başqa hamı ilk cəhdinə Soft təkərlərlə çıxıb. Sıralanma turunda ilk dəfə ilk 15-liyə düşən Mik isə qəzaya görə mübarizə apara bilməyib. Ardıcıl dövrələr vuran Həmiltondan 1:30.959-çuq nəticə gəlib. İkinci cəhddə Covinatsi, Rikkardo və Peres Medium təkərlərə keçiblər. Bottas komanda yoldaşını qabaqlayıb – 1:30.735. Şumaxerlə yanaşı, Rassell, Covinatsi, Fettel və Okon da ilk onluğa düşməyiblər.
Son sessiyada Alonso və Rikkardo Medium, qalanlar isə Soft təkərləri seçiblər. Qaslinin nəticəsi altındı döngədə trasdan tam çıxdığı üçün ləğv edilib. Ferstappen ilk cəhddə çox sürətli olub – 1:30.325. İkinci cəhdlərdə hamı nəticəsini yaxşılaşdırıb, Ferstappen liderliyini əldən verməyib – 1:.29.990.
Maks Ferstappen mövsümdə ikinci, karyerasında 5-ci pit-stopunu qazanıb. Lyuis Həmilton sabahkı yarışa ikinci cərgədən başlayacaq, onların arxalarında isə komanda yoldaşları Valtteri Bottas və Serxio Peres olacaq. Karlos Sayns və Pyer Qasli isə üçüncü cərgədən start verəcəklər.
Yarış sabah Bakı vaxtı ilə 17:00-da başlayacaq…
Yer | N | Sürücü | Komanda | 1-ci sessiya | 2-ci sessiya | 3-cü sessiya | |||||
Yer | Zaman | Dövrə | Yer | Zaman | Dövrə | Zaman | Dövrə | ||||
1 | 33 | Maks Ferstappen | Red Bull | 1 | 1:31.001 | 4 | 4 | 1:31.080 | 6 | 1:29.990 | 6 |
2 | 44 | Lyuis Həmilton | Mercedes AMG | 2 | 1:31.237 | 6 | 2 | 1:30.788 | 8 | 1:30.248 | 6 |
3 | 77 | Valtteri Bottas | Mercedes AMG | 4 | 1:31.669 | 4 | 1 | 1:30.735 | 6 | 1:30.376 | 6 |
4 | 11 | Serxio Peres | Red Bull | 3 | 1:31.560 | 4 | 3 | 1:30.971 | 6 | 1:30.445 | 6 |
5 | 55 | Karlos Sayns | Ferrari | 7 | 1:32.079 | 7 | 5 | 1:31.146 | 6 | 1:30.840 | 6 |
6 | 10 | Pyer Qasli | AlphaTauri | 6 | 1:31.898 | 8 | 6 | 1:31.353 | 8 | 1:30.868 | 6 |
7 | 16 | Şarl Lekler | Ferrari | 12 | 1:32.209 | 8 | 9 | 1:31.567 | 6 | 1:30.987 | 6 |
8 | 4 | Lando Norris | McLaren | 5 | 1:31.733 | 6 | 7 | 1:31.542 | 6 | 1:31.252 | 6 |
9 | 14 | Fernando Alonso | Alpine | 10 | 1:32.158 | 5 | 8 | 1:31.549 | 6 | 1:31.340 | 6 |
10 | 3 | Daniel Rikkardo | McLaren | 11 | 1:32.181 | 7 | 10 | 1:31.615 | 8 | 1:31.382 | 6 |
11 | 31 | Esteban Okon | Alpine | 9 | 1:32.139 | 4 | 11 | 1:31.736 | 6 | ||
12 | 5 | Sebastyan Feettel | Aston Martin | 8 | 1:32.132 | 6 | 12 | 1:31.767 | 6 | ||
13 | 99 | Antonio Covinatsi | Alfa Romeo | 13 | 1:32.722 | 7 | 13 | 1:31.813 | 6 | ||
14 | 63 | Corc Rassell | Williams | 15 | 1:33.060 | 7 | 14 | 1:32.065 | 6 | ||
15 | 9 | Mik Şumaxer | Haas | 14 | 1:32.942 | 7 | 15 | – | 0 | ||
16 | 6 | Nikolas Latifi | Williams | 16 | 1:33.062 | 7 | |||||
17 | 7 | Kimi Rəykkönen | Alfa Romeo | 17 | 1:33.354 | 7 | |||||
18 | 9 | Nikita Mazepin | Haas | 18 | 1:33.554 | 7 | |||||
19 | 18 | Ləns Stroll | Aston Martin | 19 | 2:12.584 | 7 | |||||
20 | 22 | Yuki Tsunoda | AlphaTauri | 20 | – | 2 |