F-1.az bildirir ki, Williams-da Roy Nissani Corc Rasselli əvəz edib. Qalan komandalar əsas sürücüləri ilə çalışıblar.
Pirelli Bakıdakı insidentlərdən sonra qüvvələr nisbətinə təsir göstərə biləcək təkər təzyiqlərini daha ciddi idarə etməyə qərar verib. Yüksək təkər təzyiqi və trasın bir çox yerindəki yenilənmiş asfalt səhvlərə səbəb olub.
İlk dəqiqələrdə Mik Şumaxer trasdan çıxaraq qəza edib. Daha sonra isə Yuki Tsunoda yerində fırlanaraq sarı bayraqlara səbəb olub. Porebriklərə hücum edən Bottas ön qanadını zədələyib.
Fettel də 11-ci döngədə yoldan çıxaraq bariyerlərlə toqquşub, Sayns ikinci döngədə yerində fırlanıb. Ferstappen isə porebriklərə çıxaraq maşının altlığını zədələyib.
Protokollara 1:33.448-lik nəticə ilə Valtteri Bottas başçılıq edib. Məşqlər axşam davam edəcək…
Yer | N | Sürücü | Komanda | Zaman | Fərq | Dövrə |
1 | 77 | Valtteri Bottas | Mercedes AMG | 1:33.448 | – | 24 |
2 | 44 | Lyuis Həmilton | Mercedes AMG | 1:33.783 | + 0:00.335 | 21 |
3 | 33 | Maks Ferstappen | Red Bull | 1:33.880 | + 0:00.432 | 23 |
4 | 11 | Serxio Peres | Red Bull | 1:34.193 | + 0:00.745 | 25 |
5 | 31 | Esteban Okon | Alpine | 1:34.329 | + 0:00.881 | 25 |
6 | 3 | Daniel Rikkardo | McLaren | 1:34.644 | + 0:01.196 | 24 |
7 | 14 | Fernando Alonso | Alpine | 1:34.693 | + 0:01.245 | 21 |
8 | 10 | Pyer Qasli | AlphaTauri | 1:34.699 | + 0:01.251 | 20 |
9 | 4 | Lando Norris | McLaren | 1:34.707 | + 0:01.259 | 21 |
10 | 22 | Yuki Tsunoda | AlphaTauri | 1:34.847 | + 0:01.399 | 22 |
11 | 16 | Şarl Lekler | Ferrari | 1:34.950 | + 0:01.502 | 24 |
12 | 99 | Antonio Covinatsi | Alfa Romeo | 1:35.116 | + 0:01.668 | 23 |
13 | 7 | Kimi Rəykkönen | Alfa Romeo | 1:35.135 | + 0:01.687 | 20 |
14 | 18 | Ləns Stroll | Aston Martin | 1:35.275 | + 0:01.827 | 23 |
15 | 5 | Sebastyan Fettel | Aston Martin | 1:35.289 | + 0:01.841 | 16 |
16 | 55 | Karlos Sayns | Ferrari | 1:35.342 | + 0:01.894 | 24 |
17 | 6 | Nikolas Latifi | Williams | 1:35.612 | + 0:02.164 | 22 |
18 | 47 | Nikita Mazepin | Haas | 1:36.651 | + 0:03.203 | 24 |
19 | 47 | Mik Şumaxer | Haas | 1:37.329 | + 0:03.881 | 14 |
20 | 45 | Roy Nissani | Williams | 1:37.881 | + 0:04.433 | 16 |