Hər hansı bir sürücü 12 ay ərzində 12 cərimə balı alarsa, növbəti yarışı buraxmalı olur. Üzərindən 12 aydan çox vaxt keçmiş ballar isə avtomatik olaraq silinir.
F-1.az bildirir ki, Fransada stüardlar üç sürücünün cərimə hesabını zənginləşdiriblər – qəzalara səbəb olan Roman Qrojan və Sebastyan Fettellə yanaşı, Təhlükəsizlik Maşını arxasında olduqca aşağı sürətlə getdiyi üçün Sergey Sirotkinə də 2 cərimə balı verilib.
Növbəti yarış bu həftəsonu baş tutacaq, bu müddətdə isə yalnız Fettel keçən il Azərbaycan Qran Prisində aldığı ballardan azad olacaq.
Biz artıq bu dəyişikliyi cədvəldə nəzərə alaraq statistikanı təqdim edirik.
Yer | N | Sürücü | Bal | 1-ci cərimə | 2-ci cərimə | 3-cü cərimə | 4-cü cərimə |
1 | 9 | Markus Eriksson | 7 | 2 (ABŞ, 2017) | 3 (Çin, 2018) | 2 (Azərbaycan, 2018) | |
2 | 8 | Roman Qrojan | 7 | 1 (Meksika, 2017) | 2 (Braziliya, 2017) | 2 (İspaniya, 2018) | 2 (Fransa, 2018) |
3 | 26 | Daniil Kvyat | 5 | 2 (Avstriya, 2017) | 2 (Britaniya, 2017) | 1 (Macarıstan, 2018) | |
4 | 20 | Kevin Maqnussen | 5 | 2 (Macarıstan 2017) | 1 (ABŞ, 2017) | 2 (Azərbaycan, 2018) | |
5 | 33 | Maks Ferstappen | 5 | 2 (Macarıstan, 2017) | 1 (ABŞ, 2017) | 2 (Çin, 2018) | |
6 | 28 | Brendon Hartli | 4 | 4 (Bəhreyn, 2018) | |||
7 | 35 | Sergey Sirotkin | 4 | 2 (Azərbaycan, 2018) | 2 (Fransa, 2018) | ||
8 | 11 | Serxio Peres | 3 | 1 (Belçika, 2017) | 2 (Azərbaycan, 2018) | ||
9 | 19 | Felipe Massa | 3 | 3 (Belçika, 2017) | |||
10 | 2 | Stoffel Vandorn | 3 | 2 (Avstriya, 2017) | 1 (İspaniya, 2018) | ||
11 | 7 | Kimi Rəykkönen | 3 | 3 (Belçika, 2017) | |||
12 | 14 | Fernando Alonso | 2 | 2 (Yaponiya, 2017) | |||
13 | 5 | Sebastyan Fettel | 2 | 2 (Fransa, 2018) | |||
14 | 10 | Pyer Qasli | 2 | 2 (Çin, 2018) | |||
15 | 3 | Daniel Rikkardo | 2 | 2 (Avstraliya, 2018) | |||
16 | 18 | Ləns Stroll | 1 | 1 (ABŞ, 2017) | |||
17 | 27 | Niko Hülkenberq | 1 | 1 (Əbu Dabi, 2017) | |||
18 | 30 | Colion Palmer | 1 | 1 (İtaliya, 2017) |
Pol Rikarda daha iki sürücüyə rəsmi xəbərdarlıq edilib. Hazırda bu siyahıda 5 sürücü var.
Qeyd edək ki, mövsüm ərzində üç rəsmi xəbərdarlıq almış sürücü növbəti yarışın startında 10 yer itirməklə cəzalandırılır.
Yer | N | Sürücü | Tras üzərində | Trasdan kənarda | Ümumi |
1 | 33 | Maks Ferstappen | 1 | 0 | 1 |
2 | 3 | Daniel Rikkardo | 1 | 0 | 1 |
3 | 20 | Kevin Maqnussen | 1 | 0 | 1 |
4 | 10 | Pyer Qasli | 1 | 0 | 1 |
5 | 31 | Esteban Okon | 1 | 0 | 1 |