Çempionatda qələbə (komandalar) | |
Mercedes AMG | 1.33 |
Ferrari | 3.50 |
Red Bull | 21.00 |
F-1.az bildirir ki, iki həftə əvvəl adətən Mercedes-in üstün olduğu Monrealdakı yarışda da Fettelin qalib gəlməsinə baxmayaraq, bukmeykerlər Pol Rikarda Həmiltonu qələbəyə daha yaxın hesab edirlər. Fettelin şansları ona nisbətən bir qədər az qiymətləndirilib. Yerdə qalan digər sürücülərin qələbə qazanacağına isə çox da inanmırlar.
Fransa Qran Prisində qələbə (sürücülər) | |
Lyuis Həmilton | 2.62 |
Sebastyan Fettel | 2.75 |
Valtteri Bottas | 8.00 |
Daniel Rikkardo, Maks Ferstappen | 9.00 |
Kimi Rəykkönen | 13.00 |
Lyuis həm də sürücülər çempionatında yenə əsas favorit kimi göstərilib. Fettelin keçən həftə onu ümumi nəticədə bir xalla üstələməsi də bukmeykerlərin fikrini dəyişməyib. Lakin bu iki sürücüyə verilən əmsallarda xeyli dəyişikliklər var…
Çempionatda qələbə (sürücülər) | |
Lyuis Həmilton | 1.73 |
Sebastyan Fettel | 2.25 |
Daniel Rikkardo | 26.00 |
Valtteri Bottas | 41.00 |
Maks Ferstappen | 101.00 |
Kimi Rəykkönen | 151.00 |
William Hill idarəsinin əməkdaşları Mercedes-in Mühəndislər Kubokunda növbəti qalibiyyətinə inanmaqda davam edirlər və onların şanslarını Ferrari ilə müqayisədə iki dəfədən çox qiymətləndirirlər…