Franko mövsümdə qələbə hesabını açıb

Bu gün Melburnda gənc sürücülərin Formula3 çempionatında mövsümün ikinci mərhələsi qısa (sprint) yarışla davam edib.

F-1.az xəbər verir ki, pouldan start alan Sebastyan Montoya yerindən yaxşı start alıb və ilk döngəyədək mövqeyini qoruya bilib. Onun yanından start alan Oliver Göte isə 3-cü döngədə trasdan çıxaraq çınqıllığa düşüb – Təhlükəsizlik Maşını (TM) trasa çıxıb.

Məlum olub ki, Göteni trasdan Lük Brauninq çıxarıb – Hitech sürücüsü 10 saniyəlik cəza alıb. Franko Kolapinto 3-cü yerə yüksəlib.

Restartdan sonra Lük liderliyi ələ almağa çalışıb. 5-ci dövrədə hücuma atılan Lük porebrikin üzərində tullanıb və arxasındakı 3 sürücünü irəli buraxıb. Növbəti dövrədə isə Frankonun Sebastyana hücumu uğurlu olub və argentinalı sürücü liderliyi ələ alıb.

Arxada İdo Kohenin qəzası üzündən TM bir daha trasa çıxıb. 11-ci dövrədə yarışa restart verilsə də, 2 dövrə sonra Tommi Smitin qəzası üzündən yenidən trasa qayıtmalı olub.

Finişə 4 dövrə qalmış restart verilib – Kolapinto rəqiblərindən uzaqlaşıb. 2 dövrə sonra Zak O Sallivanın hücumu uğurlu alınıb – britaniyalı sürücü Sebastyan Montoyanı üstələyərək 2-ci yerə yüksəlib.

Sondan əvvəlki dövrədə TM yenidən trasa qaydııb – Alexandro Qarsiya qəzaya uğrayıb. Sarı bayraqlar altında Franko mövsümdə ilk qələbəsini rəsmiləşdirib. Bu qələbə Niderlandın məşhur Kroon Oil yağlarının dəstəklədiyi MP MotorSport komandasının da mövsümdə ilk uğurudur.

Podiumu isə Zak O Sallivan və Sebastyan Montoya tamamlayıblar.

Sabah baş tutacaq əsas yarışla mərhələyə yekun vurulacaq…

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*