F-1.az xəbər verir ki, Williams komandasının rəhbəri Ceyms Vovlz bildirib ki, o, Hinvil komandasının rəhbərliyi ilə Kolapinto üçün potensial müqavilə barədə danışıqlar aparır.
Ceyms Vovlz: “Hadisələr necə inkişaf edəcəyindən asılı olmayaraq, Franko bizim gənc sürücülər akademiyasının tərkibində qalacaq. Biz Audi onu götürməyəcəyi təqdirdə gələn il üçün onun karyera variantlarını araşdırırıq. Vəziyyəti aydınlaşdırmaq üçün deyim ki, biz danışıqlar aparırıq və anlamaq istəyirik ki, bu variant onun üçün uyğundurmu və o, iki il ərzində onlarla birlikdə start xəttinə çıxa bilərmi”.
Əgər Franko bizim komandada qalsa, biz onun üçün iki il əvvəlki maşınla testlər təşkil edəcəyik. O, sükan arxasında minlərlə kilometr məsafə qət edəcək ki, yaxşı formada qalsın. Franko eyni zamanda simulyatorda maşın üzərində işləyəcək və testlərdə çalışacaq.
Bununla yanaş, biz Franko ilə birlikdə bir neçə yarış seriyasına baxırıq ki, o, paralel olaraq yarışlarda iştirak edə bilsin. O, bizim ehtiyat sürücümüz olaraq qalacaq və əgər nə baş versə, sükan arxasına əyləşməyə hazır olacaq”.
Qeyd edək ki, Sauber-ə digər namizədlər arasında Valteri Bottas və Qabriel Bortoleto da var. Ancaq Kolapintonun parlaq performansı onu öndə olan namizədə çevirib.