F-1.az xatırladır ki, Franko Morbidelli 2021-ci ildə dizindən əməliyyat olunduqdan sonra əvvəlki performansını göstərə bilmir. Düzdür, o bu il bütün yarışlardan xal alıb, amma gözləntiləri qarşılamır. Onun Yamaha-dakı gələcəyi stabil performansından asılıdır. Əks halda onun yerinə iki namizəd var – Xorxe Martin və Marko Bezzekki.
İddiaya görə Xorxe Martin Yamaha-ya gedəcək. Bezzekki isə daha yaxşı statusla Pramac-a transfer olunacaq. Morbidelli isə müəllimi Valentino Rossinin komandası olan VR46-nın yolunu tutacaq.
Belə olan halda Morbidelli müəllimi ilə işləyəcək, həm Martin baza komandasına keçcək, həm də Bezzekki builki performansının mükafatını alacaq.