Oliver Birman Bakıda poulun sahibi olub

Formula 2-nin yarım saatlıq sıralanma turunun başlaması on dəqiqə gecikib və F1 məşqinin başa çatmasından sonra Bakıda havanın bir qədər dəyişdiyi müşahidə edilib. Trasın dəniz boyunca uzanan hissəsi bir növ dumanla örtülüb, baxmayaraq ki, trasın köhnə şəhərin ərazisində olan hissəsri üzərində səma hələ də tamamilə aydın olub.

F-1.az xəbər verir ki, bir aylıq fasilədən sonra bir araya gələn gənc sürücülər konfiqurasiya baxımından çətin olan Bakı trasında kimin nəyə qadir olduğunu göstəriblər.

Konfiqurasiyanı məşqlərdən də göründüyü kimi, səhvsiz qət etmək debütant sürücülərə çox çətin olub. Elə sessiyanın 7-ci dəqiqəsində qırmızı bayraqlar dalğalanıb – PHM Racing komadnasının sürücüsü Ben Benavides 1-ci döngədə ciddi qəzaya uğrayıb. Amerikalı sürücüyə heç nə olmasa da, maşın cəddi zədələnib. Benin düz arxasında olan Viktor Marten onu çırpılmaqdan son anda qurtulub.

Baryerlər də zədələndiyi üçün pauza uzun çəkib və restartdan dərhal sonra sürücülər trasa tələsiblər. Əvvəlcə protokollara Niderlandın istehsal etdiyi Kroon Oil yağlarının dəstəklədiyi MP MotorSport komandasının sürücüsü Dennis Hauqer başçılıq edib. Birman norveçli sürücünün üstələsə də, Hauqer növbəti dövrəsində liderliyi geri qaytarıb.

İlk cəhdlər zaman həm mövsümün lideri Ayumu İvasa, həm də Ayzek Həcər baryerlərlə təmas yaşayıblar. Əgər DAMS komandasının yaponiyalı sürücüsü mübarizəyə davam edibsə, Hitech komandasının fransalı sürücüsü uzun müddət mexaniklərin problemi aradan qaldırmasını gözləməli olub.

İkinci cəhdlərdə sürücülər öndəki rəqiblərin slip strimindən (hava kisəsindən) yararlanmağa çalışıblar, ona görə də bəzən start düzlüyündə ciddi qarışıqlıq yaranıb. Əvvəlcə Teo Purşer liderliyə yüksəlib. Daha sonra onun da nəticəsini Frederik Vesti yaxşılaşdırıb.

Sessiyanın son saniyələrində isə sürətli dövrədə olan sürücülər protokolalrın ilk sətrində bir-birini əvəz etməyə başlayıblar. Yekunda ən yaxşı nəticəyə Prema komandasından Oliver Birman nail olub. Enzo Fittipaldi onun ilk cərgəni bölüşüb. Frederik Vesti isə ilk üçlüyü tamamlayıb.

Beləliklə, Ferrari Akademiyasının 17 yaşlı dinləyicisi bazar günü əsas yarışa pouldan başlayacaq. Reversiv qaydaya görə, bu gün 10-cu olmuş Riçard Fershor isə şənbə sprint yarışında ilk yerdən start alacaq.

Sprint (qısa) yarış çənbə günü Bakı vaxtı ilə saat

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*