Xatırladaq ki, dünən baş tutan ilk yarışda qalib Şarl Lekler olmuşdu. Monakolu sürücü bugünki yarışa 8-cui yerdən başlayıb. Möhtəşəm ötmələrlə liderlər sırasına qədər yüksələn Prema Racing komandasının sürücüsü yarışın lideri Norman Nato ilə arasındakı fərqi hər dövrədə azaldıb. Lakin stüradlar sarı bayraqlar altında sürətini kifayət qədər azaltmadığı üçün onun nəticəsinə 10 saniyə əlavə edib. Sona bir neçə dövrə qalmış Natonu da keçən Leklerin ondan uzaqlaşmaq üçün vaxtı olmayıb.
Pertamina Arden-də çıxış edən Nato finiş xəttini Leklerdən 1.3 saniyə sonra keçdiyi üçün yekunda qalib elan olunub. Lekler ikinci, DAMS komandasından Nikolas Latifi üçüncü olub.
Lekler çempionatda 122 xalla liderdir. Oliver Rouland 80 xalla ikinci, rusiyalı sürücü Artyom Markelov isə 76 xalla üçüncüdür.