Formula2-də poul Şarl Leklerin oldu!

Ferrari Sürücü Akademiyasının sürücüsü Şarl Lekler Bakıdakı sıralanma turunda Nobuharu Matsuşitanı qabaqlayaraq, ardıcıl 4-cü dəfə poul qazanıb.

F-1.az xatırladır ki, çempionatın lideri olan Lekler 3 dəfə qırmızı bayraqların dalğalandığı sessiyada 1:52.129-luq nəticə ilə poul qazanıb. Monakolu sürücünün çempionatdakı ən yaxın rəqibi Oliver Roulənd sıralanma turunda 9-cu yeri tutub. Honda-nın dəstəklədiyi Matsuşita isə ikinci olub.

Sessiya əvvəlcə Luka Qiottonun 15-ci döngədə etdiyi qəzaya görə dayandırılıb. Daha sonra isə Nikolya Latifi 8-ci döngədə ön qanadının kənarını qıraraq, sessiyanın dayanmasına səbəb olub.

Qeyd edək ki, çərşənbə günü Şarl Leklerin atası dünyasını dəyişib və monakolu sürücü poul qazandıqdan sonra üzərinə “səni sevirəm, ata” yazılmış plakatı göstərib.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*