Williams isə Massanın əvəzinə milyarder Lourens Strollun oğlu Ləns Strolla danışıqlar aparırdı. Biz daha əvvəl də xəbər vermişdik ki, gənc sürücünün komandaya qatılacağının dəqiq olduğu bildirilir və rəsmi məlumat noyabrın 3-də veriləcək.
Williams-ın rəsmi twitter hesabından verilən məlumata görə, komanda bu il Euro Formula 3 seriyasında çempion olmuş 18 yaşlı Strolla müqavilə bağlayıb. Komandanın digər sürücüsü isə, 2013-cü ildən etibarən burada yarışan Valtteri Bottas olub. Finlandiyalı sürücü Renault-nun təklifini qəbul etməyib və Williams-da qalmağa qərar verib.
Ləns Stroll: “Avqust ayından bəri danışıqlar aparırıq və Williams rəhbərliyi məndən yarışdığım seriyada ən yaxşı nəticəni əldə etməyimi istədi. Bu komandanın böyük keçmişi var və onların bir üzvü olacağıma görə həyəcanlıyam. Yaxşı olacağını düşünürəm. Melburn və Monrealda yarışmaq mənim üçün çox fərqli olacaq. Formula1-ə qədəm basdığım üçün xoşbəxtəm”.
Ladies and gentlemen our 2017 driver line-up… #WeAreRacing #F1 pic.twitter.com/jMfwyxmvYk
— WILLIAMS RACING (@WilliamsRacing) November 3, 2016
.@Lance_Stroll: It’s a dream come true for me. I’m really looking forward to hopefully a great season! pic.twitter.com/4mlqLGN8tG
— WILLIAMS RACING (@WilliamsRacing) November 3, 2016
.@ValtteriBottas: I can’t wait to start my fifth year with Williams Martini Racing #WeAreRacing#F1#VB77pic.twitter.com/UhumlwsYyv
— WILLIAMS RACING (@WilliamsRacing) November 3, 2016