F-1.az xəbər verir ki, Formula1-də gələn il üçün radikal dəyişikliklər ediləcək və bunlardan biri də Pirelli-nin hazırlayacağı daha enli təkərlərdir.
Təkərlər hələ ki, test edilməyib. Sadəcə 2017-ci il tərkibləri hazırkı təkər ölçülərində sınaqdan keçirilib. 2017-ci ilin təkər ölçüləri bu gün mediaya nümayiş etdirilib. Hazırda eni 325 mm olan arxa təkərlər gələn il 405 mm, 245 mm olan ön təkərlər isə 305 mm olacaq.
Qeyd edək ki, yeni təkərlərin test edilməsinə iyul ayından etibarən başlanması gözlənilir.