İndy500-ün qalibləri

Keçən həftəsonu Monako Qran Prisi ilə yanaşı daha bir əlamətdar və məşhur yarış olan İndy500 baş tutub. Bu il Monako Qran Prisinin kölgəsində qalsa da, keçən il Fernando Alonsonun iştirak etməsi bu yarışa olan marağı xeyli artırmışdı. 1911-ci ildən bəri 102-cisi keçirilən (I Dünya Müharibəsinə görə 1917-ci və 1918-ci illərdə, II Dünya Müharibəsinə görə 1942-ci ildən 1945-ci ilə qədər keçirilməyib) bu yarışda kimlər qalib gəlib? F-1.az İndy500-ün çempionlarını təqdim edir.

1911. Roy Harroun (ABŞ)

İndianapolisdəki ilk yarışın qalibi olan Roy burada bir daha yarışmayıb. 28-ci yerdən start almasına baxmayaraq, qalib gəlib. Royun orta sürəti 74.59 mil/saat (120.04 km/saat) olub və yarışı 6 saat 42 dəqiqəyə başa vurub. Ona zəfər qazandıran 32 nömrəli sarı maşın hazırda İndianapolis trasının muzeyində sərgilənir

 

1912. Co Douson (ABŞ)

Burada üç dəfə yarışan Co İndy500 yarışının ikinci qalibidir

 

1913. Jül Qu (Fransa)

İndianapolisdə qalib gəlmiş ilk amerikalı olmayan sürücü olan Jül burada ilk yarışında qələbə qazanıb

 

1914. Rene Toma (Fransa)

Bir il əvvəl qalib gəlmiş həmyerlisi kimi, o da İndianapolisdə çıxdığı ilk yarışda hamını üstələyib

 

1915. Ralf de Palma (İtaliya)

Avtoidman karyerası boyunca təxminən 2000 yarış qazandığı deyilən Ralf buradakı yeganə qələbəsini 1915-ci ildə əldə edib.

 

1916. Dario Resta (Böyük Britaniya)

Burada keçirilən ilk və yeganə 300 mil məsafəlik yarışın qalibi. Buna baxmayaraq, yarış İndy500 yarışları sırasına daxil edilib.

 

1919. Houdi Uilkoks (ABŞ)

I Dünya Müharibəsindən sonra burada keçirilən ilk yarışın qalibi

 

1920. Qaston Şevrole (Fransa)

Yarışa cəmi 14 dövrə liderlik etsə də, yekunda qələbəyə sevinən tərəf olub

 

1921. Tommi Milton (ABŞ)

İndy500-ün ilk ikiqat qalibi Tommi ilk qələbəsini yarışa 20-ci yerdən başlayaraq qazanıb

 

1922. Cimmi Mörfi (ABŞ)

Cimmi burada yeganə qələbəsini qazandığı yarışın 3/4-də liderlik edib

 

1923. Tommi Milton (ABŞ)

Tomminin buradakı ikinci qələbəsi

 

1924. Lora Lourens Korum və Co Boyer

İki qalibin olduğu ilk İndy500 yarışı. Boyer 112-ci dövrədə 15 nömrəli maşında Korumu əvəzləyib

 

1925. Piter de Paolo (ABŞ)

Burada 500 millik məsafəni qət edə bildiyi iki yarışdan birini qazanıb

 

1926. Frənk Loxart (ABŞ)

19-cu yerdən başlayıb və yağışa görə 400 mil davam edən yarışda qalib gəlib

 

1927. Corc Sauders (ABŞ)

Corc 22-ci yerdən başladığı yarışa son 51 dövrədə liderlik edib və qalib gəlib.

 

1928. Luis Meyer (ABŞ)

İndy500 yarışının ilk üçqat qalibi Meyer ilk yarışını 1928-ci ildə qazanıb

 

1929. Rey Kiç (ABŞ)

Burada çıxdığı ikinci və sonuncu yarışda qalib gəlib

 

1930. Billi Arnold (ABŞ)

Billi 1930-cu ildəki yarışa 198 dövrə liderlik edərək qalib gəlib ki, bu, hələ də rekord göstərici olaraq qalır.

 

1931. Luis Şnayder (ABŞ)

Burada liderliyə yüksəldiyi yeganə yarışda qalib gəlib

 

1932. Fred Freym (ABŞ)

Səkkiz dəfə qoşulduğu yarışda yalnız bir dəfə qələbə qazanıb

 

1933. Luis Meyer (ABŞ)

Luis buradakı ikinci qələbəsini öz komandasının tərkibində qazanıb

 

1934. Bill Kamminqs (ABŞ)

Burada iki yarışa ən öndən başlayıb, lakin qələbə qazandığı yarış o yarışlardan deyil

 

1935. Kelli Petillo (ABŞ)

Burada çıxdığı 9 yarışdan cəmi ikisini başa vura bilib, onlardan birində də qalib gəlib

 

1936. Luis Meyer (ABŞ)

Luis buradakı son qələbəsini bayram edir…

 

1937. Uilbur Şou (ABŞ)

Sonradan 9 il prezidenti olduğu trasda 3 dəfə qalib gələn Uilbur ilk qələbəsini öz komandasının tərkibində qazanıb. O, həm də İndianapolisdə ardıcıl iki qələbə qazana bilən ilk sürücüdür

 

1938. Floyd Roberts (ABŞ)

Floydun qələbə qazandığı bu yarışdakı orta sürət göstəricisi həmin dövr üçün rekord sayılıb. Növbəti il burada eyni maşınla yarışan akerikalı sürücü qəzada həlak olub…

 

1939. Uilbur Şou (ABŞ)

Uilburun buradakı ikinci qələbəsi

 

1940. Uilbur Şou (ABŞ)

Uilburun burada ardıcıl ikinci, ümumilikdə üçüncü qələbəsi

 

1941. Floyd Devis və Mauri Rouz (ABŞ)

İndy500 tarixində ikinci dəfə qələbə iki sürücü tərəfindən qazanılıb – Rouz 73-cü dövrədə Devisi əvəzləyib

 

1946. Corc Robson (ABŞ)

Corc II Dünya Müharibəsinə görə verilən dördillik fasilədən sonra burada qalib gələn ilk sürücüdür

 

1947. Mauri Rouz (ABŞ)

Mauri müharibədən sonra da qalib gəlir, lakin bu dəfə qələbə şəriksiz olur

 

1948. Mauri Rouz (ABŞ)

Morinin ardıcıl ikinci, ümumilikdə üçüncü qələbəsi

 

1949. Bill Holland (ABŞ)

Burada çıxdığı beş yarışın dördünü ilk iki yerdə bitirən Bill yeganə qələbəsini 1949-cu ildə əldə edib

 

1950. Conni Parsons (ABŞ)

İlk dəfə Formula1 təqviminə daxil edilən və yağışa görə 345 mil davam edən yarışın qalibi məhz Parsons olub

 

1951. Li Uollard (ABŞ)

Burada çıxdığı dördüncü yarışda ilk qələbəsini qazanıb

 

1952. Troy Rattmen (ABŞ)

Burada çıxdığı 12 yarışın cəmi üçünü tamamlaya bilib və bir qələbə qazanıb

 

1953. Bill Vukoviç (ABŞ)

Vukoviç buradakı ilk qələbəsini yarışa 195 dövrə liderlik edərək qazanıb ki, bu da İndy500 tarixində ən yaxşı göstəricilərdəndir

 

1954. Bill Vukoviç (ABŞ)

Vukoviçin ardıcıl ikinci qələbəsi. O, burada növbəti il üçüncü qələbəsini də qazanacaqdı. Əgər 17 saniyə fərqlə lider gedərkən qəzada həlak olmasaydı…

 

1955. Bob Sveykert (ABŞ)

Burada başa vura bildiyi ilk yarışda qalib gəlib. O, növbəti il İndianada yerləşən Salem trasında həlak olub…

 

1956. Pət Flaerti (ABŞ)

Indianapolisdə pouldan başladığı yeganə yarışdan zəfərlə ayrılıb

 

1957. Sem Hanks (ABŞ)

Sem İndy500-də 13 yarışda start alıb və onlardan yalnız dördündə finişə qədər gedə bilib. Maraqlıdır ki, hər dörd yarışı ilk üçlükdə bitirib. Qələbə isə buradakı son yarışında gəlib.

 

1958. Cimmi Brayan (ABŞ)

Cimmi buradakı yeganə qələbəsini ölümündən iki il əvvəl qazanıb

 

1959. Rocer Uord (ABŞ)

Burada 5 dəfə yarışı ilk üçlükdə tamamlayan, iki dəfə qalib gələn Rocer ilk qələbəsini qeyd edir

 

1960. Cim Ratmann (ABŞ)

İndy500-də üç dəfə qələbəyə yaxın olan Cim nəhayət ki, 11-ci yarışında istəyinə çatır

 

1961. Əntoni Josef Foyt (ABŞ)

İndy500 yarışının ən uğurlu sürücüsü desək, yanılmarıq. Dörd yarışda qalib gələn Foyt 9 yarışı ilk üçlükdə başa vurub. İlk qələbəsini məhz 1961-ci ildə əldə edib. Foyt İndy500, Daytona 500, 24 saatlıq Daytona və Le Man marafonlarında qalib gəlmiş yeganə sürücüdür.

 

1962. Rocer Uord (ABŞ)

Rocerin buradakı ikinci qələbəsi

 

1963. Parnelli Cons (ABŞ)

Parnelli İndy500-də yarışı 150 mil/saatdan yuxarı orta sürətlə bitirmiş ilk sürücüdür

 

1964. Əntoni Josef Foyt (ABŞ)

Dördqat İndy500 çempionu və burada ən çox start almış sürücü olan Foytun buradakı ikinci qələbəsi. Maraqlıdır ki, İndianapolisdə 4 dəfə poul qazansa da, bu yarışların heç birində qalib gəlməyib

 

1965. Cim Klark (Böyük Britaniya)

Avtoidman tarixinin ən yaxşılarından hesab edilən Cim Klark İndianapolisdə qələbə qazanmış ilk Formula1 üzrə dünya çempionudur

 

1966. Qrəhəm Hill (Böyük Britaniya)

Burada uğur qazanmır bir başqa Formula1 üzrə dünya çempionu. Qeyd edək ki, Qrəhəm bunu ilk cəhdində bacarıb. O, Monako Qran Prisi, İndy500 və 24 saatlıq Le Man marafonunda qələbə qazanmış yeganə sürücüdür.

 

1967. Əntoni Josef Foyt (ABŞ)

Əntoninin sevimli trasında üçüncü qələbəsi

 

1968. Bobbi Anser (ABŞ)

Anser soyadı İndianapolisdə ilk dəfə zirvədədir. Burada 3 və ya daha artıq qələbə qazanan 10 sürücüdən biri olan Bobbi gələcək çempionlar ata Əl Anserin qardaşı, oğul Əl Anserin isə əmisidir

 

1969. Mario Andretti (ABŞ)

İndianapolisdə ən çox yarışmış sürücülərdən biri olan Mario 3 dəfə poulun sahibi olub. İlk qələbəsini isə Formula1-də titul qazanmasına 9 il qalmış – 1969-cu ildə əldə edib

 

1970. Əl Anser-ata (ABŞ)

Ata Əl Anser burada 4 dəfə qalib gəlmiş üç sürücüdən biridir

 

1971. Əl Anser-ata (ABŞ)

Ata Anserin İndy500-də ardıcıl ikinci qələbəsi

 

1972. Mark Donohyu (ABŞ)

Burada 5 yarışa çıxan Mark istəyinə dördüncü yarışında çatıb

 

1973. Qordon Conkok (ABŞ)

İndy500-ün ikiqat qalibi Conkokun ilk qələbəsi

 

1974. Conni Rezerford (ABŞ)

Bu yarışın üçqat qaliblərindən biri olan Rezerford ilk qələbəsini 25-ci yerdən başlayaraq əldə edib

 

1975. Bobbi Anser (ABŞ)

Bobbinin qalib gəldiyi ikinci yarış güclü yağışa görə 435 mil davam edib

 

1976. Conni Rezerford (ABŞ)

Bu, İndy500 tarixinin ən qısa yarışı hesab edilir. Güclü yağışa görə yarış dayandırılarkən, lider Rezerford 1 saat 42 dəqiqə 52.466 saniyə ərzində 102 dövrə vurmuş və 255 mil məsafə qət etmişdi

 

1977. Əntoni Josef Foyt (ABŞ)

Foytun buradakı sonuncu qələbəsindən 40 il keçir…

 

1978. Əl Anser-ata (ABŞ)

Anser soyadının uğurları davam edir və ata Anser üçüncü qələbəsini qazanır

 

1979. Rik Mirs (ABŞ)

İndianapolisdə 4 qələbə qazanmış üç sürücüdən biri olan Rik həm də burada ən çox poul əldə etmiş sürücüdür – 6 dəfə. Buradakı ilk qələbəsini ikinci startında əldə edib (1977-ci ildə start ala bilməyib)

 

1980. Conni Rezerford (ABŞ)

Rezerfordun İndianapolisdə son qələbəsi

 

1981. Bobbi Anser (ABŞ)

Bobbi burada çıxdığı son yarışda son zəfərini əldə edib.

 

1982. Qordon Conkok (ABŞ)

Conkok ikinci qələbəsini 9 il sonra – 1982-ci ildə qazanıb

 

1983. Tom Sneva (ABŞ)

Sneva burada dəfələrlə iştirak etsə də, cəmi 3 yarışı tamamlaya bilib və onlardan birini qalib kimi başa vurub

 

1984. Rik Mirs (ABŞ)

Bu, Rikin İndianapolisdə pouldan başlamayaraq qazandığı yeganə qələbədir

 

1985. Denni Sallivan (ABŞ)

Denni yeganə qələbəsini 1985-ci ildə əldə edib

 

1986. Bobbi Reyhol (ABŞ)

Burada 2004-cü ildə komanda sahibi kimi qələbə qazanan Bobbi sürücü kimi də 1986-cı ildə finiş xəttini birinci keçib

 

1987. Əl Anser-ata (ABŞ)

Ata El Anserin İndianapolisdəki sonuncu qələbəsi

 

1988. Rik Mirs (ABŞ)

Rik 1988-ci ildə “üç” deyir

 

1989. Emerson Fittipaldi (Braziliya)

Formula1-də iki dəfə titul qazanmış əfsanəvi braziliyalı sürücü okeanın o tayında da uğurlar əldə edib. Fittipaldının buradakı ilk qələbəsi möhtəşəmdir – El Anserdən başqa bütün sürücüləri azı 6 dövrə qabaqlayaraq qalib gəlib. O, həm də Amerika qitəsində doğulsa da amerikalı olmayan İndy500-də qələbə qazanan ilk sürücüdür.

 

1990. Ari Lyundayk (Hollandiya)

Heç bir seriyada ciddi uğur əldə etməyən holland sürücü burada iki dəfə qalib gəlib ki, sonuncu qələbəsi 20 il əvvələ təsadüf edir

 

1991. Rik Mirs (ABŞ)

Böyük çempionun sonuncu – dördüncü qələbəsi

 

1992. Əl Anser-oğul (ABŞ)

Burada bir çox yarışı qəzalar və ya texniki problemlərə görə tamamlaya bilməyən oğul Anser iki dəfə qalib gəlib.

 

1993. Emerson Fittipaldi (Braziliya)

Fittipaldi qocalmaq bilmir və uğurlardan doymur – ikinci İndy500 zəfəri

 

1994. El Anser-oğul (ABŞ)

Anser soyadlı sürücülərin İndianapolisdə qazandığı hələ ki, sonuncu qələbə

 

1995. Jak Vilnöv (Kanada)

Jak Formula1-dəki böyük zəfərindən iki il əvvəl İndianapolisdəki yarışın qalibi olub. Növbəti mövsüm isə onun Formula1 karyerası başlayıb

 

1996. Baddi Lazyer (ABŞ)

Uzun karyerası boyunca burada dəfələrlə yarışıb və yalnız bir dəfə – 1996-cı ildə hamını üstələyib

 

1997. Ari Lyundayk (Hollandiya)

Arinin buradakı ikinci qələbəsi

 

1998. Eddi Çiver (ABŞ)

Indianapolisdə 14 yarışda iştirak etsə də, sadəcə bir dəfə qələbə qazana bilib

 

1999. Kenni Brak (İsveç)

1998-ci ildə İndyCar seriyasının çempionu olan Kenni növbəti il buradakı yeganə qələbəsini əldə edib

 

2000. Xuan Pablo Montoya (Kolumbiya)

Formula1 karyerası başlamamışdan əvvəl burada ilk yarışına çıxan Montoya ikinci yerdən start alaraq qalib gəlməyi bacarıb

 

2001. Elio Kastroneves (Braziliya)

Burada üç dəfə və daha çox qələbə qazanan 10 sürücüdən biri olan Elio XXI əsrin ilk İndy500 yarışının qalibidir

 

2002. Elio Kastroneves (Braziliya)

Elionun buradakı ardıcıl ikinci qələbəsi

 

2003. Jil de Ferran (Braziliya)

Buradakı yeganə qələbəsini 10-cu yerdən start alaraq qazanıb

 

2004. Baddi Rays (ABŞ)

Rays burada çıxdığı ikinci yarışa pouldan başlayıb və yağışa görə 450 mil davam edən mübarizədə qalib gəlib

 

2005. Dən Ueldon (Böyük Britaniya)

Britaniyalı sürücü buradakı ilk qələbəsini 6-cı cərgədən start alaraq qazanıb

 

2006. Sem Horniş (ABŞ)

İndyCar seriyasında 3 dəfə çempion olan Sem İndianapolisdə pouldan başladığı yeganə yarışda qalib gəlməyi bacarıb

 

2007. Dario Frankitti (ABŞ)

Dario burada sonuncu dəfə yarımçıq saxlanılan yarışda (yağışa görə 415 mil davam edib) 3 qələbəsindən birincisini əldə edib

 

2008. Skott Dikson (Yeni Zelandiya)

Dario Frankitti ilə birlikdə İndyCar-da ən çox titul qazanan iki sürücüdən biri olan Dikson burada qalib gələnlər arasında Amerika və Avropa qitələrində anadan olmayan yeganə sürücüdür. Burada yeganə qələbəsini 2008-ci ildə qazanmış çempion bu gün keçiriləcək yarışa da pouldan başlayacaq

 

2009. Elio Kastroneves (Braziliya)

Elionun buradakı hələ ki, sonuncu qələbəsi.

 

2010. Dario Frankitti (ABŞ)

Frankitti İndianapolisdəki ikinci qələbəsini bayram edir…

 

2011. Dən Ueldon (Böyük Britaniya)

2005-ci ildə İndyCar seriyasının qalibi olan Denin İndianapolisdəki ikinci qələbəsi həlak olduğu 2011-ci ilə təsadüf edir…

 

2012. Dario Frankitti (ABŞ)

Dörd titulla İndyCar-ın ən titullu iki sürücüsündən biri olan Darionun İndianapolisdə sonuncu qələbəsi isə 2012-ci ilə təsadüf edir…

 

2013. Toni Kanaan (Braziliya)

İndy500-də 2002-ci ildən bəri yarışan Toni buradakı ilk yeddi yarışda liderlik edib və bunu bacaran yeganə sürücüdür. Yeganə qələbəsini isə 2013-cü ildə əldə edib. Kanaanın həmin yarışdakı orta sürəti də rekord göstəricidir – 187.433 mil/saat (301.644 km/saat)

 

2014. Rayan Hanter-Rey (ABŞ)

Son 10 mövsümdə İndy500-ün daimi iştirakçısı olan Rayan buradakı yeganə qələbəsini 4 il əvvəl əldə edib

 

2015. Xuan Pablo Montoya (Kolumbiya)

Sabiq Formula1 sürücüsü üçüncü dəfə qatıldığı yarışda ikinci qələbəsini qazanıb. 2016-cı ildəki yarış isə onun üçün uğursuz olub

 

2016. Aleksandr Rossi (ABŞ)

Amerikalı sürücü İndianapolisdə qatıldığı ilk yarışa dördüncü cərgədən başlasa da, yekunda qələbə qazanıb

 

2017. Takumo Sato (Yaponiya)

İkinci cərgədən daxildən start alan və yekunda qalib gələn Takumo Sato bu yarışda zəfər qazanan ilk Asiyalı sürücüdür

 

2018. Uill Pauer (Avstraliya)

Uill burada qalib gələn ilk avstraliyalı sürücüdür. O, 2015 ildə də zəfərə yaxın olsa da, yekunda Xuan Pablo Montoyaya məğlub olaraq ikinci yeri tutmuşdu.

 

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*