Keçən həftəsonu Monako Qran Prisi ilə yanaşı daha bir əlamətdar və məşhur yarış olan İndy500 baş tutub. Bu il Monako Qran Prisinin kölgəsində qalsa da, keçən il Fernando Alonsonun iştirak etməsi bu yarışa olan marağı xeyli artırmışdı. 1911-ci ildən bəri 102-cisi keçirilən (I Dünya Müharibəsinə görə 1917-ci və 1918-ci illərdə, II Dünya Müharibəsinə görə 1942-ci ildən 1945-ci ilə qədər keçirilməyib) bu yarışda kimlər qalib gəlib? F-1.az İndy500-ün çempionlarını təqdim edir.
17992
0
1911. Roy Harroun (ABŞ)
1912. Co Douson (ABŞ)
1913. Jül Qu (Fransa)
1914. Rene Toma (Fransa)
1915. Ralf de Palma (İtaliya)
1916. Dario Resta (Böyük Britaniya)
1919. Houdi Uilkoks (ABŞ)
1920. Qaston Şevrole (Fransa)
1921. Tommi Milton (ABŞ)
1922. Cimmi Mörfi (ABŞ)
1923. Tommi Milton (ABŞ)
1924. Lora Lourens Korum və Co Boyer
1925. Piter de Paolo (ABŞ)
1926. Frənk Loxart (ABŞ)
1927. Corc Sauders (ABŞ)
1928. Luis Meyer (ABŞ)
1929. Rey Kiç (ABŞ)
1930. Billi Arnold (ABŞ)
1931. Luis Şnayder (ABŞ)
1932. Fred Freym (ABŞ)
1933. Luis Meyer (ABŞ)
1934. Bill Kamminqs (ABŞ)
1935. Kelli Petillo (ABŞ)
1936. Luis Meyer (ABŞ)
1937. Uilbur Şou (ABŞ)
1938. Floyd Roberts (ABŞ)
1939. Uilbur Şou (ABŞ)
1940. Uilbur Şou (ABŞ)
1941. Floyd Devis və Mauri Rouz (ABŞ)
1946. Corc Robson (ABŞ)
1947. Mauri Rouz (ABŞ)
1948. Mauri Rouz (ABŞ)
1949. Bill Holland (ABŞ)
1950. Conni Parsons (ABŞ)
1951. Li Uollard (ABŞ)
1952. Troy Rattmen (ABŞ)
1953. Bill Vukoviç (ABŞ)
1954. Bill Vukoviç (ABŞ)
1955. Bob Sveykert (ABŞ)
1956. Pət Flaerti (ABŞ)
1957. Sem Hanks (ABŞ)
1958. Cimmi Brayan (ABŞ)
1959. Rocer Uord (ABŞ)
1960. Cim Ratmann (ABŞ)
1961. Əntoni Josef Foyt (ABŞ)
1962. Rocer Uord (ABŞ)
1963. Parnelli Cons (ABŞ)
1964. Əntoni Josef Foyt (ABŞ)
1965. Cim Klark (Böyük Britaniya)
1966. Qrəhəm Hill (Böyük Britaniya)
1967. Əntoni Josef Foyt (ABŞ)
1968. Bobbi Anser (ABŞ)
1969. Mario Andretti (ABŞ)
1970. Əl Anser-ata (ABŞ)
1971. Əl Anser-ata (ABŞ)
1972. Mark Donohyu (ABŞ)
1973. Qordon Conkok (ABŞ)
1974. Conni Rezerford (ABŞ)
1975. Bobbi Anser (ABŞ)
1976. Conni Rezerford (ABŞ)
1977. Əntoni Josef Foyt (ABŞ)
1978. Əl Anser-ata (ABŞ)
Anser soyadının uğurları davam edir və ata Anser üçüncü qələbəsini qazanır
1979. Rik Mirs (ABŞ)
İndianapolisdə 4 qələbə qazanmış üç sürücüdən biri olan Rik həm də burada ən çox poul əldə etmiş sürücüdür – 6 dəfə. Buradakı ilk qələbəsini ikinci startında əldə edib (1977-ci ildə start ala bilməyib)
1980. Conni Rezerford (ABŞ)
Rezerfordun İndianapolisdə son qələbəsi
1981. Bobbi Anser (ABŞ)
Bobbi burada çıxdığı son yarışda son zəfərini əldə edib.
1982. Qordon Conkok (ABŞ)
Conkok ikinci qələbəsini 9 il sonra – 1982-ci ildə qazanıb
1983. Tom Sneva (ABŞ)
Sneva burada dəfələrlə iştirak etsə də, cəmi 3 yarışı tamamlaya bilib və onlardan birini qalib kimi başa vurub
1984. Rik Mirs (ABŞ)
Bu, Rikin İndianapolisdə pouldan başlamayaraq qazandığı yeganə qələbədir
1985. Denni Sallivan (ABŞ)
Denni yeganə qələbəsini 1985-ci ildə əldə edib
1986. Bobbi Reyhol (ABŞ)
Burada 2004-cü ildə komanda sahibi kimi qələbə qazanan Bobbi sürücü kimi də 1986-cı ildə finiş xəttini birinci keçib
1987. Əl Anser-ata (ABŞ)
Ata El Anserin İndianapolisdəki sonuncu qələbəsi
1988. Rik Mirs (ABŞ)
Rik 1988-ci ildə “üç” deyir
1989. Emerson Fittipaldi (Braziliya)
Formula1-də iki dəfə titul qazanmış əfsanəvi braziliyalı sürücü okeanın o tayında da uğurlar əldə edib. Fittipaldının buradakı ilk qələbəsi möhtəşəmdir – El Anserdən başqa bütün sürücüləri azı 6 dövrə qabaqlayaraq qalib gəlib. O, həm də Amerika qitəsində doğulsa da amerikalı olmayan İndy500-də qələbə qazanan ilk sürücüdür.
1990. Ari Lyundayk (Hollandiya)
Heç bir seriyada ciddi uğur əldə etməyən holland sürücü burada iki dəfə qalib gəlib ki, sonuncu qələbəsi 20 il əvvələ təsadüf edir
1991. Rik Mirs (ABŞ)
Böyük çempionun sonuncu – dördüncü qələbəsi
1992. Əl Anser-oğul (ABŞ)
Burada bir çox yarışı qəzalar və ya texniki problemlərə görə tamamlaya bilməyən oğul Anser iki dəfə qalib gəlib.
1993. Emerson Fittipaldi (Braziliya)
Fittipaldi qocalmaq bilmir və uğurlardan doymur – ikinci İndy500 zəfəri
1994. El Anser-oğul (ABŞ)
Anser soyadlı sürücülərin İndianapolisdə qazandığı hələ ki, sonuncu qələbə
1995. Jak Vilnöv (Kanada)
Jak Formula1-dəki böyük zəfərindən iki il əvvəl İndianapolisdəki yarışın qalibi olub. Növbəti mövsüm isə onun Formula1 karyerası başlayıb
1996. Baddi Lazyer (ABŞ)
Uzun karyerası boyunca burada dəfələrlə yarışıb və yalnız bir dəfə – 1996-cı ildə hamını üstələyib
1997. Ari Lyundayk (Hollandiya)
Arinin buradakı ikinci qələbəsi
1998. Eddi Çiver (ABŞ)
Indianapolisdə 14 yarışda iştirak etsə də, sadəcə bir dəfə qələbə qazana bilib
1999. Kenni Brak (İsveç)
1998-ci ildə İndyCar seriyasının çempionu olan Kenni növbəti il buradakı yeganə qələbəsini əldə edib
2000. Xuan Pablo Montoya (Kolumbiya)
Formula1 karyerası başlamamışdan əvvəl burada ilk yarışına çıxan Montoya ikinci yerdən start alaraq qalib gəlməyi bacarıb
2001. Elio Kastroneves (Braziliya)
Burada üç dəfə və daha çox qələbə qazanan 10 sürücüdən biri olan Elio XXI əsrin ilk İndy500 yarışının qalibidir
2002. Elio Kastroneves (Braziliya)
Elionun buradakı ardıcıl ikinci qələbəsi
2003. Jil de Ferran (Braziliya)
Buradakı yeganə qələbəsini 10-cu yerdən start alaraq qazanıb
2004. Baddi Rays (ABŞ)
Rays burada çıxdığı ikinci yarışa pouldan başlayıb və yağışa görə 450 mil davam edən mübarizədə qalib gəlib
2005. Dən Ueldon (Böyük Britaniya)
Britaniyalı sürücü buradakı ilk qələbəsini 6-cı cərgədən start alaraq qazanıb
2006. Sem Horniş (ABŞ)
İndyCar seriyasında 3 dəfə çempion olan Sem İndianapolisdə pouldan başladığı yeganə yarışda qalib gəlməyi bacarıb
2007. Dario Frankitti (ABŞ)
Dario burada sonuncu dəfə yarımçıq saxlanılan yarışda (yağışa görə 415 mil davam edib) 3 qələbəsindən birincisini əldə edib
2008. Skott Dikson (Yeni Zelandiya)
Dario Frankitti ilə birlikdə İndyCar-da ən çox titul qazanan iki sürücüdən biri olan Dikson burada qalib gələnlər arasında Amerika və Avropa qitələrində anadan olmayan yeganə sürücüdür. Burada yeganə qələbəsini 2008-ci ildə qazanmış çempion bu gün keçiriləcək yarışa da pouldan başlayacaq
2009. Elio Kastroneves (Braziliya)
Elionun buradakı hələ ki, sonuncu qələbəsi.
2010. Dario Frankitti (ABŞ)
Frankitti İndianapolisdəki ikinci qələbəsini bayram edir…
2011. Dən Ueldon (Böyük Britaniya)
2005-ci ildə İndyCar seriyasının qalibi olan Denin İndianapolisdəki ikinci qələbəsi həlak olduğu 2011-ci ilə təsadüf edir…
2012. Dario Frankitti (ABŞ)
Dörd titulla İndyCar-ın ən titullu iki sürücüsündən biri olan Darionun İndianapolisdə sonuncu qələbəsi isə 2012-ci ilə təsadüf edir…
2013. Toni Kanaan (Braziliya)
İndy500-də 2002-ci ildən bəri yarışan Toni buradakı ilk yeddi yarışda liderlik edib və bunu bacaran yeganə sürücüdür. Yeganə qələbəsini isə 2013-cü ildə əldə edib. Kanaanın həmin yarışdakı orta sürəti də rekord göstəricidir – 187.433 mil/saat (301.644 km/saat)
2014. Rayan Hanter-Rey (ABŞ)
Son 10 mövsümdə İndy500-ün daimi iştirakçısı olan Rayan buradakı yeganə qələbəsini 4 il əvvəl əldə edib
2015. Xuan Pablo Montoya (Kolumbiya)
Sabiq Formula1 sürücüsü üçüncü dəfə qatıldığı yarışda ikinci qələbəsini qazanıb. 2016-cı ildəki yarış isə onun üçün uğursuz olub
2016. Aleksandr Rossi (ABŞ)
Amerikalı sürücü İndianapolisdə qatıldığı ilk yarışa dördüncü cərgədən başlasa da, yekunda qələbə qazanıb
2017. Takumo Sato (Yaponiya)
İkinci cərgədən daxildən start alan və yekunda qalib gələn Takumo Sato bu yarışda zəfər qazanan ilk Asiyalı sürücüdür
2018. Uill Pauer (Avstraliya)
Uill burada qalib gələn ilk avstraliyalı sürücüdür. O, 2015 ildə də zəfərə yaxın olsa da, yekunda Xuan Pablo Montoyaya məğlub olaraq ikinci yeri tutmuşdu.